Essi Devis

Essi Devis

Aktrisa

BİOQRAFİYA

Essi Devis 30 noyabr 1970-ci ildə Tasmaniya əyalətinin Hobart şəhərində doğulub və boya-başa çatıb. Rəssam Corc Devisin qızıdır. 1980-ci illərdə "Sydney Theatre Company" teatr truppasının üzvü olub. Həmin dönəmdə Tasman Universitetində ali təhsil alırdı. 1992-ci ildə isə Sidneydə Milli Dram İncəsənət İnstitutunu bitirib. Peşəkar karyerasına 1993-cü ildə “Romeo və Cülyetta” pyesində Cülyetta rolu ilə qədəm qoyub. Kinokaryerasına isə “Necə aborigen olaq?” adlı avstraliya filmində başlayıb. Filmdə tərəf-müqabilləri Ceffri Raş, Leo Makker və Coan Sazerlend kimi aktyorlar olub. Aktrisanın iştirakı ilə çəkilmiş ən əlamətdar filmlərə “Matrisa: Yenidən işə salma”, “Matrisa: İnqilab”, “Tək əldən çıxan səs”, “Mirvari sırqalı qız”. 2003-cü ildə Tennesi Uilyamsın “Arzu” pyesində oynadığı rola görə “Lorens Olivye” mükafatı ilə təltif olunub. 2004-cü ildə Tom Stoppardın “Atlananlar” adlı brodvey tamaşasında səhnəyə çıxıb. Oynadığı rol ona “Toni” mükafatını qazandırıb. 2005-ci ildə “Suini Todd” filmində missis Nelli Lovett roluna çəkilib. 2008-ci ildə “Salam, bu mənəm” filmində Ester ananı oynayıb. 2008-ci ildə rejissor Baz Lurmanın “Avstraliya” müharibə-macəra dramında Nikol Kidman və Hyü Cekmanla tərəf-müqabili olub. 2002-ci ildən bəri Castin Kurzellə evlidir. Onların 2006 təvəllüdlü 2 uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D0%B8%D1%81,_%D0%AD%D1%81%D1%81%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç