Nikolas Holt

Nikolas Holt

Aktyor

BİOQRAFİYA

Nikolas Holt 7 dekabr 1989-cu ildə Vokinqhemdə (Berkşir qraflığı, İngiltərə) anadan olub. Yeddi yaşından aktiv şəkildə kinoda çəkilməyə başlayıb. O vaxtdan bir çox kino layihələrində iştirak edib. Onlardan “X-Adamlar: Birinci dərəcə", "Apokalipsis”, “Dəlisov Maks: Qəzəb yolu” kimi filmləri qeyd etmək olar. Uşaq vaxtlarında yerli dram dərnəklərinə gedib. Yeniyetmə yaşlarında isə rəqs və musiqiyə maraq göstərməyə başlayıb. 12 yaşında istedadlı rejissor Silviya Yanqın diqqətini çəkən Nikolas məktəbi yarımçıq buraxır. 2002-ci ildə əsas rollarını Hyu Qrant və Nikolas Holtun canlandırdığı “Mənim oğlum” ailəvi komediyası ekrana çıxır. Burada gənc aktyor çətin tərbiyə olunan yeniyetmə obrazının öhdəsindən layiqincə gələ bilir. Həmin vaxtadək Holt ancaq tanışları arasında tanınsa da, film ekrana çıxan gündən tənqidçilər və tamaşaçıların rəğbətini qazanır. 2007-ci ildə “Südəmərlər” dramatik serialının əsas qəhrəmanlarından birini canlandırır. 2007-ci ilin payız aylarında “Dağdan enərkən” dramında iki qardaşın həyatından bəhs edən filmdə Devid rolunu oynayır. 2009-cu ildə isə “Tənha kişi” dramında iştirak edir. Bu filmdəki roluna görə Britaniya Kinoakademiyasının BAFTA mükafatına namizəd olur. 2010-cu ildə “Titanların döyüşü” filmində çəkilir. Növbəti il isə “X-Adamlar: Birinci dərəcə” kəskin janrlı filmdə rol alır. Çəkiliş məkanında Maykl Fassbender və Cennifer Lourens kimi ulduzlarla tanış olur. 2013-cü ildə “Cek - nəhənglərin fatehi” filmində gözəl şahzadə naminə nəhənglərlə savaşan cəsur qəhrəman obrazını yaradır. 2013-cü ildə aktyor "Jaguar Cars" şirkətinin rəsmi siması elan olunur. 2014-cü ilin may ayında gənc aktyora “Dəlisov Maks: Qəzəb yolu” filmində əsas rollardan biri - ağıldankəm Maks rolu həvalə olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Nicholas_Hoult

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç