Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zelandiyanın Vellinqton şəhərində Aleks və Cosel Krounun ailəsində anadan olub. Özündən böyük bir qardaşı var - Terri Krou. Rasselin dörd yaşı olanda ailə Sidneyə köçür. Beş yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşında Rassel Krounun ailəsi yenidən Yeni Zelandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur. 80-ci illərin ortalarında o, "Russ Le Ros" musiqi kollektivində çıxış edir, daha sonra öz yeni "Roman Antix" rok-qrupunu yaradır. Sonralar qrup üzvləri tam heyətlə indiyədək səhnədə olan "30 Odd Foot Of Grunts" qrupuna keçir. 1990-cı ildə bir neçə serialda çəkilir. Rassel Krou üç nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatıdır. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "İdrak oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanıb. Rassel Krou 2003-cü ildə müğənni-aktrisa Daniel Spenserlə ailə həyatı qurur. Onların Çarli (2003) və Tenison Spenser-Krou (2006) adında övladları var. Bir müddət sonra isə cütlük ayrılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rassel_Krou