Sem Mendes

Sem Mendes

Prodüser, rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Sem Mendes 1 avqust 1965-ci ildə Redinq şəhərində (İngiltərə) portuqal protestant (atası) və yəhudi əsilli ingilisin (anası) ailəsində dünyaya göz açıb. Semin beş yaşı olanda valideynləri boşanıb. O, Kembric universitetinə təhsil alıb və "Çiçester" teatr festivalında iştirak edib. Ən məşhur teatr tamaşaları “Kabare”, “Albalı bağı”, “Mavi otaq” və “Kampaniya” müzikllarıdır. 1999-cu ildə Mendesin debüt işi olan “Amerikansayağı gözəllik” dram filmi 5 “Oskar” mükafatını “süpürüb-aparır”. Rejissor öz filminə də çəkdiyi (“Yenilik yolu”) aktrisa Keyt Uinsletlə evli olub. Cütlük 2010-cu ilin mart ayında boşandıqlarını ictimailəşdirib. 2012-ci ildə Ceyms Bond silsiləsindən növbəti sayca 23-cü filmi (007: Skayfol koordinatları) lentə alır. Film ABŞ kinoteatrlarında böyük triumf əldə edir. Kinotənqidçilər “Skayfolu” bondiananın ən yaxşı filmlərindən biri kimi dəyərləndirib. Ən yaxşı rejissor işi üzrə “Oskar” laureatıdır. Sözügedən mükafatı debüt filminə görə almış, altı rejissordan biridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%BD%D0%B4%D0%B5%D1%81,_%D0%A1%D1%8D%D0%BC

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç