Castin Kurzel

Castin Kurzel

Rejissor

BİOQRAFİYA

Castin Kurzel 1974-cü il avqustun 3-də Avstraliyanın Qoler şəhərində anadan olub. Ailənin iki övladı var idi - Castin və qardaşı Ced. Onların uşaqlığı bu şəhərdə keçib. 17 yaşı olanda Castin qardaşı ilə birlikdə Sidneyə gəlir və burada səhnə tərtibatını öyrənmək üçün İncəsənət İnstitutuna daxil olur. Həmin vaxt Ced "The Mess Hall" musiqi qrupunu yaradır və qardaşından onun üçün videoklip çəkməyi xahiş edir. Castin onun istəyini yerinə yetirir və peşəsini rejissorluq sənətinə yönəldəcəyini anlayır. Əvvəlcə Castin reklam çarxları çəkir. 2005-ci ildə “Mavi dil” qısametrajlı filmini çəkərək özünü rejissor kimi sınayır. Böyük kinoda debütü isə 2011-ci ildə “Qar şəhəri” dramını çəkməklə olur. Bu filmə görə Avstraliyanın kinematoqraf və televiziya akademiyasının "Ən yaxşı rejissor" və Kann kinofestivalının Beynəlxalq Kinotənqidçilər Assosiasiyasının xüsusi mükafatlarına layiq görülür.

2015-ci ildə Maykl Fassbender və Marion Kotiyyarın baş rolda iştirakı ilə Uilyam Şekspirin eyniadlı pyesi əsasında “Makbet” filmini çəkir. 2014-cü ilin aprel ayında Castinin kompüter oyunları əsasında çəkiləcək “Kredo qatillər” filminə rejissorluq edəcəyi məlum olur. 2016-cı ilin dekabr ayında filmin premyerası baş tutur. ”Kredo qatillər” Castin Kurzel, Maykl Fassbender və Marion Kotiyyarın “Makbet” faciəsindən sonra ikinci birgə işləri olur.

2002-ci ildən Castin Kurzel avstraliyalı aktrisa Essi Devislə ailə qurub. 2006-cı ildə əkiz övladı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Justin_Kurzel

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç