77-ci Qızıl Qlobus Mükafatının Qalibləri Məlum Oldu!

07 Yanvar, 2020

77-ci Qızıl Qlobus Mükafatı təşkil edilən təqdimat mərasimi ilə sahiblərini tapdı. Bu il ön plana çıxan proyektlər 1917Once Upon a Time… in Hollywood olarkən, "İrlandiyalı"nın (The Irishman) gecədən əli boş qayıtması diqqət çəkdi. Hollivud Xarici Mətbuat Dərnəyi (HFPA) tərəfindən paylaşdırılan və “Oskar”a uzanan mükafat sezonundakı ən önəmli dayanacaqlardan biri olan Qızıl Qlobus mükafatı, ötən gün təşkil edilən mərasimlə 77-ci dəfə sahiblərini tapdı. 77-ci Qızıl Qlobus sahiblərini tapdığı mərasimi, daha əvvəl də bu mərasim dörd dəfə təqdim edən Riki Cerveys (Ricky Gervais) təqdim etdi.

Film industriyasına önəmli töhfələri olan aktyor, rejissor, ssenarist və prodüserlərə verilən Cecil B. DeMille mükafatının  bu ilki sahibi peşəkar aktyor Tom Henks (Tom Hanks) oldu. Tom Henks (Tom Hanks) beləcə adını Walt Disney, Ceyms Stüart (James Stewart), Elizabeth Taylor, Alfred Hiçkok (Alfred Hitchcock) kimi əfsanəvi adların yanına yazdırmış oldu.



Televiziya dünyasına böyük töhfə verən adlara verilən və ilk dəfə keçən il verilməyə başlanan Carol Burnett mükafatının bu ilki sahibi isə bacarıqlı aparıcı və komediyaçı Ellen Deceneres (Ellen DeGeneres) oldu. Cecil B. DeMille mükafatının televiziya dünyasındakı qarşılığı olması hədəflənən Carol Burnett mükafatını keçən il, bu mükafata adını verən Carol Burnett qazanmışdı.

Bu il Qızıl Qlobus mükafatlarına Sem Mendes (Sam Mendes) imzalı “1917” damğa vurdu. Başdan sonadək bir plan sekans kimi görünəcək şəkildə çəkilən, Birinci Dünya müharibəsi filmi “1917”, həm Ən Yaxşı Film (Drama), həm də Ən Yaxşı rejissor mükafatının sahibi oldu. Her iki kateqoriyada da favoritlər arasında dəyərləndirilməyən “1917”nin bu iki böyük mükafatı qucaqlaması təəcüblə qarşılandı.



Bu ilin ən bəyənilən filmlərindən "İrlandiyalı" (The Irishman) gecədən əli boş qayıdarkən, yenə çox bəyənilən bir digər film olan Marriage Story, Lora Dernin (Laura Dern) qazandığı Ən Yaxşı İkincidərəcəli Qadın Aktrisa mükafatı ilə kifayətləndi. The IrishmanMarriage Story’nin Qızıl Qlobusda axtardığını əldə edə bilməmiş olması, Netflix üçün də gecənin xəyal qırıqlığı ilə nəticələnməsinə səbəb oldu. Bu il mükafat sezonunda olduqca təsirli olan Netflix, 77-ci Qızıl Qlobus mükafatlarının film kateqoriyalarında sadəcə bir mükafat qazana bildi.



Tənqidçiləri ikiyə bölmüş olsa da mükafat sezonunda çox daha isti qarşılanan Once Upon a Time… in Hollywood, Hollivud Xarici Mətbuat Dərnəyində diqqət çəkməyi bacarmış kimi görünür. Ən Yaxşı Film (Komediya ya da Müzikl) mükafatının sahibi olan film, Kventin Torontinonun (Quentin Tarantino) Ən Yaxşı Orijinal Ssenari mükafatını qazanmasıyla iki mükafata sahib oldu.



Televiziya tərəfində ön plana çıxan proyektlər Succession, Çernobıl (Chernobyl) və Fleabag oldu. Hər üç serial da öz sahələrində Ən Yaxşı Serial mükafatının sahibi olarkən, eyni zamanda aktyorluq nominasiyalarında da mükafat alaraq gecəyi iki mükafatla bağladı.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər