Riki Cerveys

Riki Cerveys

Aktyor, rejissor, bəstəkar

BİOQRAFİYA
Riki Cerveys 25 iyun 1961-ci ildə İngiltərədə doğulub və böyüyüb. Onun bir bacısı və bir qardaşı var. Cerveysin sözlərinə görə valideynləri onları yaxşı tərbiyə edib. Ona görə də ailədə münasibətlər düzgünlük və inam üzərində qurulub. O, Eşmiddə “Whitley Park Infants, Junior Schools” məktəbində təhsil alıb. 1979-cu ildə Londonda Universitet kollecinə daxil olub. Əvvəlcə biologiya, sonra isə fəlsəfə üzrə təhsil alıb. Tələbəlik illərində 1982-ci ildən görüşüdüyü Ceyn Fellonla tanış olur. 1982-ci ildən 1984-cü ilə kimi “Seona Dancing” qrupunda duet oxuyub. 2001-ci ildən radiostansiyalardan birində “The Ricky Gervais Show”nun aparıcısıdır. O, 2008-ci ildə GTA IV oyununda özünü canlandırıb. Hal-hazırda sevgilisi ilə Hepsteddə yaşayır. Onlar Ceyn Fellonla münasibətlərini rəsmiləşdirməyi və uşaq dünyaya gətirməyi düşünmürlər. Riki ateist və heyvan haqlarının qoruyucusudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Ricky_Gervais

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç