Alfred Hiçkok

Alfred Hiçkok

Rejissor, prodüser, ssenarist, rəssam, montajçı, aktyor

BİOQRAFİYA

Dünya kinematoqrafiya tarixində məşhur amerikan və ingilis rejissoru Alfred Hiçkok qorxulu filmlərin əvəzolumaz ustadı kimi qalıb. O, həyəcan ab-havalı qəmgin yumor ilə sərt süjetli filmlər yaradırdı. Bu filmləri ya triller, ya da saspens adlandırırdılar. Hiçkok məharətlə tamaşıçıların psixologiyasına təsir edirdi, onları özünə ram edirdi. Bütovlükdə o, 55 tammetrajlı film yaratmışdı. Filmlərin əksəriyyəti dünya kino incəsənətinin klassikasına çevrilmişdirlər. O, dəfələrlə Amerika Kinoakademiyasının «Oskar» mükafatı ilə təltif olunmuşdu. «Bədii kinoda rejissor ilahi idi, sənədli filmdə isə ilahi rejissordur», – Alfred Hiçkok. Alfred cavanlıqdan etibarən təəsüratlı, hətta həssas idi, lakin özünü ürəyi yumşaq və sirrli təqdim edirdi. Hiçkok heç vaxt öz xasiyyətinin sirrlərini açıqlamırdı, ancaq eyhamlar edirdi. Onun obrazının qeyri- müəyyənliyi və sirli olması uşaqlığında yaşadığı qorxu ilə əlaqəlidir. Xırda səhvinə görə atası onu polisə aparmışdı və onu kameraya salmalarını xahiş etmişdi. Kamerada Alfred bir neçə saat keçirtmişdi. Bu vaxt uşaqda kompleksin yaranmasına kifayət etmişdi. O, polislərdən və avtomobillərdən qorxurdu. Bu qorxusundan o, ömür boyu qurtulmağa çalışırdı.Onun valideynləri katolik idilər. Onun atasının Londonda dükanı var idi, o, un məmulatlarının ticarəti ilə məşğul idi. Alfred yəhudi kollejində oxuyub, daha sonra isə mühəndis-şturman məktəbində təhsilini davam etmişdi. 1915-ci ildən etibarən teleqraf şirkətində çalışmağa başlayır və incəsənət ilə maraqlanmağa başlayır, daha sonra isə rəssamlıq haqqında mühazirələr dinlədiyi London universitetini bitirir. Alfred mühəndis olmaq istəmirdi, o, kinematoqrofluq xəyalları qururdu, böyük həvəslə filmlərə baxırdı və film çəkməyi arzulayırdı.1920-ci ildə Hiçkok Hollivud şirkətlərinin birinin filialında dizayner işləməyə başlayır, 1923-cü ildən etibarən isə özünü rejissor qismində sınayır. Onun ilk müəllif işləri macəra filmləri «Zövqlər bağı» (1925), daha sonra isə «Dağ qartalı» (1926) olmuşdu. Lakin Hiçkokun artıq «Sakin» adlı üçüncü filmində onun bütün növbəti yaradıcılığının xüsusiyyətləri özünü biruzə vermişdi – parodiya elementləri ilə qorxu aşılanması. Mütəxəssislər tamaşaçıları filmin sonuna qədər gərgin vəziyyətdə saxlaya bilən rejissorun zühur etdiyini deyirdilər.Bu qiymətləndirmə onun gələcəkdə hansı janrda çalışmaq sualına sanki bir cavab idi. Hiçkok trillerin və saspensin ustadına çevrilir. 1934-cü ildən etibarən demək olar ki, hər il o, yeni film buraxırdı: «Həddindən artıq çox bilən insan», «39 pillə», «Gizli agent», «Gənc və günahsız». Qeyd edək ki, demək olar ki, Hiçkok hər bir filmində özü cəmi bir neçə saniyəlik qısa bir rolla çıxış edirdi.1939-cu ildə Hiçkoku Hollivuda dəvət edəndə o, 23 filmin müəllifi idi. Artıq növbəti ildə o, «Rebekka» adlı melodrama filmi çəkir. Bu Dafna Dümoryenin məşhur romanın ekranlaşması idi. Romanda həyat yoldaşı gizli şəraitdə vəfat etmiş bir kişi ilə ailə quran gənc qızın taleyindən bəhs edilir. Film tamaşaçıları sonuncu saniyəyə qədər gərgin vəziyyətdə saxlayırdı, tamaşaçılara öz beyinlərində hər dəfə yeni versiyalar fikirləşməyə imkan yaradırdı. Bu film «Oskar» mükafatına layiq görülmüşdü. Aktyorlar Lourens Olivye və Coan Fonteyn isə bu filmdə özlərinin ən yaxşı rollarını oynamışdılar. Film bugünkü günə qədər öz aktuallığını qoruyub saxlayıb.Daha sonralar isə Hiçkok öz filmləri üçün gözlənilməz süjetli ssenarilər axtarırdı. O, ekranda ətraflı şəkildə öz qəhrəmanlarından, baş verən hadisələrdən və sanki tamaşaçını hadisələrin iştirakçısı edirdi, onda simpatiya və antipatiya hissləri yaradırdı. «Küçəyə baxan pəncərə» filmində (1954) sınıq ayaqlı jurnalist daim darıxır və bütün vaxtını pəncərənin qarşısında keçirdir. O, üzbəüz yaşayan qonşuların hərəkətlərində qəribəlik görməyə başlayır. Və onun müşahidələri onu qorxulu bir nəticəyə gətirib çıxardır: orada qətl hadisəsi baş verib.Alfred Hiçkok ən mötəbər və məşhur kinorejissorlardan birinə çevrilir. Onun «Psixo» adlı növbəti filmi (1960) qorxulu film janrında şedevr əsər kimi qəbul edilib, «Quşlar» (1963) adlı filmi isə (tamaşaçıları qarğaların hərəkətləri ilə qorxudan film) eyni anda həm triller, həm də sas-pens kimi qəbul edilmişdi. Hər iki film rejissora dünya şöhrəti və bir neçə milyonluq qonorarlar qazandırmışdı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://banker.az/alfred-hickok-qorxu-krali/

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç