Ceyms Stüart

Ceyms Stüart

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Ceyms Meytlend Stüart (ing. James Maitland Stewart, 20 may 1908, İndiana – 2 iyul 1997, Los-Anceles) – amerikalı kinoaktyordur. “Filadelfiya hekayəsi” filmindəki roluna görə 1941-ci ildə “Oskar” mükafatı laureatı olub. Hərbi pilot, İkinci dünya müharibəsi və Vyetnam müharibəsi veteranı, briqada generalı olub. Yarım əsr ərzində Böyük Amerikanın “balaca adamları” qalareyeasını yaradıb. Kinoda komediya, dram, melodram, detektiv, bioqrafik filmlər, triller, vestern janrında olan filmlərə çəkilib. ABŞ kinematoqrafiyasının gəlib-getmiş ən nüfuzlu aktyorlarından hesab olunub. 20-ci əsrin 60-cı illərdinə daha çox vesternlərdə və ailəvi komediyalarda görüntülənib, sonralar kinofilmlərə az-az çəkilməyə başlayıb, 1970-ci ildə böyük kinodan getdiyini elan edib. Buna baxmayaraq 1980-ci illərdə onun iştirakı ilə çəkilmiş filmlər ara-sıra ekranlara çıxıb. 1985-ci ildə aktyora karyerası boyu kinematoqrafiyaya verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülüb. 1959-cu ildə İndiana aeroportuna onun adı verilib. 1997-ci ildə Stüart anormal ürək ritmləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İyunun 25-də ayağında yaranan tromb  bir həftə sonra ağciyər emboliyasına yol açıb. 2 iyul 1997-ci ildə 89 yaşında Kaliforniyada dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%8E%D0%B0%D1%80%D1%82,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç