Ellen Deceneres

Ellen Deceneres

Aktrisa, aparıcı, yumorist

BİOQRAFİYA

Ellen Li Deceneres – amerikalı aktrisa, teleaparıcı və yumoristdir. “Ellen Decenersin şousu” verilişinə görə 11 “Emmi” mükafatı laureatı olub. 2007 və 2014-cü illərdə “Oskar” mükafatlandırma mərasiminin aparıcısı olub. Ellen 26 yanvar 1958-ci ildə ABŞ-da anadan olub. Uşaqlığı Luiziana ştatının Meteri şəhərində keçib. Atası sığorta agenti, anası loqoped olub. Vens Deceneres adlı qardaşı var (1954-cü il təvəllüdlü), hazırda prodüser və musiqiçidir. Decenereslər fransız, ingilis, alman və irland kökənlidir. 13 yaşına qədər Sayentist kilsəsinə baş çəkib. Ellen Deceneres gənc yaşlarından stendap-komik olaraq kiçik klub və kafelərdə çıxışlar etməyə başlayıb. Onun dediyinə görə Vudi Allen və Stiv Martin kimi korifey komediyaçıların yaradıcılıqlarından ilhamlanıb. 1981-ci ildə “Clyde’s Comedy Club” komediya klubunun konfransiyesi olub. 1982-ci ildə Elleni Amerika teleməkanının əyləncə sektorunun ən məzəli artisti adlandırılıb. 2003-cü ildə Disney/Piksar studiyalarının birgə istehsalı olan iribüdcəli “İtkin Nemo” cizgi filmində əsas personajlardan biri – qısamüddətli yaddaş pozuntusundan əziyyət çəkən Dori adlı balığı səsləndirib. Rejissor Endrü Stenton bu səsləndirmə rolunu məhz Deceneresə həvalə etməsini özünəməxsus şəkildə izah edib: “Ellen öz verilişində fikrini tamamlamamış, mətləbi azı 5 dəfə dəyişir, ona görə seçim onun üzərində oldu.”

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B4%D0%B6%D0%B5%D0%BD%D0%B5%D1%80%D0%B5%D1%81,_%D0%AD%D0%BB%D0%BB%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç