"Killerin Cangüdəni 2"nin Premyera Tarixi Məlum Oldu!

23 Dekabr, 2019

Rayan Reynoldsun (Ryan Reynolds) baş rolunda oynadığı "The Hitman's Bodyguard 2"nin premyera tarixi rəsmi olaraq açıqlandı. Bir müddətdir haqqında hər-hansı bir yenilik olmayan və gözlədilən "The Hitman's Bodyguard 2" üçün rəsmi olaraq premyera tarixi müəyyən edildi. 2017-ci il istehsalı "Killerin Cangüdəni"nin (The Hitman's Bodyguard) Rayan Reynolds (Ryan Reynolds), Semüel L. Cekson (Samuel L. Jackson) və Salma Hayekin baş rolunda oynadığı davam filminin, yay ayları içərisində premyerası olacaq.

Стало известно, когда выйдет сиквел «Телохранителя киллера»

Deadpool filmlərinin ulduzu olan və son olaraq 6 Underground filmində izlədiyimiz Rayan Reynolds (Ryan Reynolds), "Şüşə" (Glass), "Qisasçılar" (Avengers) seriyası, "Şaft" (Shaft) seriyası kimi proyektlərin peşəkar aktyoru Semüel L. Cekson (Samuel L. Jackson), Frida, Desperado kimi proyektlərin ulduzu olan və Marvel'ın Eternals'ında rol alacaq olan Salma Hayek, Dolor y Gloria'da sərgilədiyi performansla mükafat sahibi olan Antonio Banderas, Morqan Friman (Morgan Freeman), Riçard E. Qrant (Richard E. Grant), Frenk Qrello (Frank Grillo), Tom Hopper kimi bir çox vacib adın yer aldığı "The Hitman's Wife's Bodyguard"ın premyera tarixi rəsmi olaraq açıqlandı. Digital Spy'ın xəbərinə görə film, 28 avqust 2020 tarixində kinoteatrlardakı yerini alacaq. İlk filmin də rejissoru olan və Red Hill, Cehennem Melekleri 3 filmlərinin rejissor kürsüsünə oturan Patrik Hyuz (Patrick Hughes), davam filminin rejissorluğunu üstlənəcək. Ssenaridə Başı Bəlalı şahid və Fire on Fire'ın ssenarisini qələmə alan Tom Okonnorun (Tom O'Connor) imzası var.

Картинки по запросу The Hitman’s Bodyguard 2 Gets a Summer 2020 Release Date

30 milyon dollarlıq büdcəsinə qarşılıq olaraq kassada 177 milyon dollarlıq hasilat əldə edən 2017-ci il istehsalı Başı Bəlalı şahid filminin davam halqası olan The Hitman's Wife's Bodyguard, Darius Kincaid'in həyat yoldaşına hədəflənir. İlk film, bodyguard Michael Bryce və onun qoruması lazım olan şahidi Darius Kincaid'i təməl götürdü. Bryce'ın, məşhur sui-qəsdçi Kincaid'ə Beynəlxalq Cəza Məhkəməsində verəcəyi ifadəsinə qədər yanında olması lazım olan, Kincaid'i aradan götürmək istəyən cinayətkarların arxasınca düşməsi ilə bir xeyli çətin yol alırdı. The Hitman's Wife's Bodyguard'ın premyera tarixi 28 avqust 2020-ci ilə planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər