Frenk Qrillo

Frenk Qrillo

Aktyor, prodüser

BİOQRAFİYA

Frenk Entoni Qrillo 8 iyun 1965-ci ildə Nyu-Yorkda (ABŞ) italyan ailəsində anadan olub. Nyu-York Universitetini biznes menecment ixtisası üzrə bitirərək bakalavr dərəcəsi əldə edib. 1991-ci ildə Keti adlı ilk həyat yoldaşı ilə ailə qurub. Cültük 1998-ci ildə boşanıb. Onların 1997-ci il təvəllüdlü Remi adlı oğulları var. 28 oktyabr 2000-ci ildə aktrisa Vendi Monislə izdivaca daxil olub. Cütlüyün 2004-cü il təvəllüdlü Liam və 2008-ci il təvəllüdlü Rio Cozef adlı iki oğlu var. Frenk həm televiziya seriallarına, həm də bədii filmlərə çəkilib. 1996-1999-cu illərdə populyar “Bələdçi işıq” sabun operasında yaratdığı Hart Cessap obrazı ilə məşhurlaşıb. Kinoda debüt edənə qədər "American Express" plastik kartı, “Sure” dezodorantı və digər brendlərin reklam çarxlarına çəkilib. 1980-ci illərin sonlarında isə kifayət qədər populyarlıq qazanmış kişi model olub; fotoşəkilləri "Men’s Workout" və "Exercise & Health" jurnalında dərc olunub. Frenk məşhur “Həbsxanadan qaçış” serialının birinci mövsümündə Nik Savrin rolunu canlandırıb. 2010-cu ildə “Analar günü” qorxu filmində Deniel Sohapi roluna çəkilib. Elə həmin il ABC telekanalında yayımlanan “Qapılar” kriminal dram teleserialında rol alıb. 2011-ci ildə “Döyüşçü” filmində ikinci dərəcəli rol oynayıb. 2012-ci ildə “Çarpışma” trillerində Diaz roluna çəkilib. 2014-cü ildə “Birinci Qisasçı: Başqa savaş” filmində Brok Ramlo obrazını canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Frank_Grillo

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç