Rayan Reynolds

Rayan Reynolds

Aktyor, prodüser

BİOQRAFİYA

Rayan Reynolds 23 oktyabr 1976-cı ildə Vankuver şəhərində (Kanada) doğulub. Kiçik yaşlarından filmlərdə çəkilməyə başlayıb. Sonra ABŞ-a dəvət olunub. Çəkildiyi filmlərdən biri də "Dedpul"dur. Film üzərində ilk işlər 2004-cü ilin fevralında "New Line Cinema" tərəfindən başladılıb. 2005-ci ilin fevralında "20th Century Fox" bu layihə ilə maraqlanır və 2009-cu ilin mayında film üçün ssenari yazılmağa başlanılır, 2011-ci ilin aprelində isə Tim Miller filmin rejissoru olur. Aktyor 2002-ci ildən 2007-ci ilə kimi Alanis Morissettlə münasibətdə olub. 2004-cü ildə nişanlanır, amma 3 il sonra ayrılırlar. 5 may 2008-ci ildə isə aktrisa Skarlett Yohanssonla nişanlandıqlarını elan ediblər və bir müddət sonra evləniblər. 14 dekabr 2010-cı ildə boşandıqları haqqında məlumat yayılıb. Daha sonra 9 sentyabr 2012-ci ildə aktrisa Bleyk Layvli ilə evlənib. Cütlüyün iki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rayan_Reynolds

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç