Devid Dann – ağır dəmiryolu qəzasından sağ-salamat çıxmış yeganə insandır. Onlarla insanın həlak olduğu faciədən sonra toxunduğu hər kəsin günahlarını görə bildiyini öyrənir. “Cənab Şüşə” ləqəbli Elayca Prays nadir xəstəlikdən əziyyət çəkir. Onun sümükləri olduqca incədir, ən kiçik ehtiyatsız hərəkət nəticəsində “şüşə” kimi sınır və uzun müddət müalicə almaq məcburiyyətində qalır. Ancaq fiziki məhdudiyyəti inanılmaz intellekt səviyyəsi ilə kompensasiya olunub. Üçüncü qəhrəman - Kevin isə şəxsiyyətin müxtəlifləşməsindən əziyyət çəkir. Onun vücudunda iyirmi dörd fərqli şəxsiyyət və bir fövqəlgücə malik bədheybət sığınacaq tapıb. Hər üç qəhrəman doktor Elli Steyplin pasientləri olur. Steypl özünü superqəhrəman hesab edən insanlarla məşğul olan psixiatrdır. Görəsən bu unikal insanların bir araya gəlməsi nə ilə nəticələnəcək?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar