Sara Polson

Sara Polson

Aktrisa

BİOQRAFİYA

Sara Polson 17 dekabr 1974-cü ildə Tampa şəhərində (Florida ştatı, ABŞ) anadan olub. Sara aktyorluq karyerasına teatr səhnəsində başlayıb, daha sonra isə iki uzunömürlü olmayan televiziya serialında rol alıb. İlk dəfə baş rolu NBC-nin “Houp sıçrayışı” komediya serialında oynayıb. Bundan sonra “Cəhənnəm olsun sevgi”, “Sereniti tapşırığı” və “Qisasçılar” filmlərində rol alıb. Karyerasında inkişafa təkan verən rolu isə NBC-nin “Sanset-Stripdə Studiya 60” serialında olur (2006-2007). Bu serialdakı roluna görə aktrisa ilk dəfə olaraq “Qızıl Qlobus” mükafatına namizəd göstərilir. İkinci namizədliyini isə o, “Oyun dəyişildi” serialındakı roluna görə alıb. 2011-ci ildən Polson “Amerika qorxu hekayələri” serialına çəkilir. Serialda canlandırdığı rola görə 2013-2016-cı illərdə olmaqla dörd dəfə "Emmi" mükafatına namizəd göstərilib. Bu rol tənqidçilər tərəfindən də yüksək qiymətləndirilib və bu rola görə “Emmi”, “Qızıl Qlobus”, "ABŞ Kino Aktyorları Gildiyası” mükafatlarına layiq görülüb. Beləliklə, Polson bir mövsümdə bütün beş əsas mükafatı qazanan yeganə aktrisa olur. Polson həmçinin “Qadınlar nə istəyir?”, “Köhnə Yeni İl”, “Post” filmlərində yaddaqalan obrazlar yaradıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sarah_Paulson

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç