M. Nayt Şyamalan 6 avqust 1970-ci ildə Hindistanda anadan olub. Sonradan ailəsi ABŞ-a köçüb. 1992-ci ildə Şyamalan Nyu-York universitetinin nəzdində olan kino məktəbini bitirib, burada oxuduğu dövrlərdə Alfred Hiçkokun filmlərinə böyük maraq göstərib. Elə həmin il o, ilk tammetrajlı filmini - “Şiddətli dua”nı çəkir. 1995-ci ildə 2.5 milyon dollar qarşılığında “Uolt Disney” studiyası üçün “Balaca Stüart” filminə ssenari yazıb. 1999-cu ildə Brüs Uillisin iştirakı ilə “Altıncı hiss” filmi ekranlara çıxır və ilin ən uğurlu filmlərindən biri olur. Film 600 milyon ABŞ dolları gəlir gətirib. Brüs Uillis bu filmdə çəkilmək üçün həmişəkindən daha az qonorara razı olub. Növbəti il Şyamalan çəkdiyi “Məğlubedilməz” filmində də Brüs Uillislə işləyib (bu filmdə Semüel L.Cekson da çəkilib). 2002-ci ildə isə Naytın ən böyük büdcəli filmi - “İşarələr” ekrana çıxır və film həm tənqidçilər, həm də cəmiyyət tərəfindən yaxşı qarşılanır. 2004-cü ildə isə “İmperiya” mükafatına namizəd göstərilən “Sirli meşə” filmini çəkir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/M._Night_Shyamalan