Riçard E. Qrant
Aktyor, rejissor, ssenarist
Riçard E. Qrant 5 may 1957-ci ildə Svazilendin Mbabane şəhərində anadan olub. Afrikadan Britaniyaya köçdükdən sonra soyadını Qranta dəyişib. Atası Henrix Esterhöysen Britaniya protektoratı nəzdində təhsil naziri postunu tutub, anası CAR-lı balet müəlliməsi olub. "Waterford Kamhlaba" məktəbində orta təhsilini başa vurub. Daha sonra Keyptaun Universitetində ingilis dili və dramaturgiya üzrə təhsil alıb. Riçard Qrant Keyptaunun “Kosmik Teatr”nın truppasının üzvü olub. 1982-ci ildən Londona köçüb. 2005-ci ildə öz uşaqlığı və valideynləri haqqında öz yazdığı ssenari əsasında avtobioqrafik “Vau-Vau” filmini lentə alıb. Baş rollara Qabriel Birn, Miranda Riçardson, Emili Uotson və Culi Uolters kimi tanınmış aktyor və aktrisalar çəkilib. “Uitneyl və mən” komediyasında etdiyi debüt rolu ilə məşhurlaşıb. Daha sonra “Ovsunçu”, “Henri və Cun”, “Brem Stokerin Drakulası” və “Hudzon şahini” kimi tanınmış filmlərdə oynadığı ikinci plan rollarla yadda qalıb. 1986-cı ildə vokal müəlliməsi Coan Vaşinqtonla ailə qurub. Oliviya adlı qızı, Tom adlı ögey oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B0%D0%BD%D1%82,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4