Martin Skorsezenin Yeni Filmi "İrlandiyalı"dan Klip Yayımlandı!

30 Oktyabr, 2019


Robert De Niro, Al Paçino (Al Pacino), Co Peşi (Joe Pesci), Harvi Keytel (Harvey Keitel) kimi peşəkar adların aktyor heyətində yer aldığı, Martin Skorsezenin (Martin Scorsese) Netflix’də yayımlanacaq yeni filmi “İrlandiyalı”dan (The Irishman) yeni bir klip yayımlandı.

Peşəkar rejissor Martin Skorsezenin (Martin Scorsese) maraqla gözlənilən yeni filmi “İrlandiyalı” (The Irishman), prodakşn mərhələsi və çəkiliş müddətindən etibarən film gündəminin mərkəzində yer alır. Dünya premyerasını 57-ci Nyu-York Film Festivalının açılış filmi olaraq edən “İrlandiyalı” (The Irishman), tənqidçilər və filmsevərlərdən aldığı müsbət rəylərlə diqqətləri üzərinə çəkdi.

Al Pacino Joe Pesci Robert De Niro

“İrlandiyalı”nın (The Irishman) baş rollarında film dünyasının peşəkar aktyorları Robert De NiroAl Paçino (Al Pacino) yer alır. İkiliyə Co Peşi (Joe Pesci), Harvi Keytel (Harvey Keitel), Bobbi Kannavale (Bobby Cannavale), Rey Romano (Ray Romano), Cessi Plemons (Jesse Plemons) və Anna Paquin kimi önəmli adlar iştirak edir. Martin Skorsezenin (Martin Scorsese) maraqla gözlənilən yeni filmi “İrlandiyalı” (The Irishman), 27 noyabrda Netflixdə yayımlanacaq.

Charles Brandt‘in I Heard You Paint Houses kitabından filmə adaptasiya olunan “İrlandiyalı” (The Irishman), International Brotherhood of Teamsters adlı həmkarlar ittifaqında məmur və eyni zamanda mafiya sui-qəsdçisi olan Frank Sheeran’ın həyatını danışır. Robert De Nironun Frank Sheeran’i canlandırdığı film, John F. Kennedy sui-qəsdçi ilə Teamsters həmkarlar ittifaqının lideri Jimmy Hoffa’nın öldürülməsi mövzularına da toxunur.



Robert De Nironu gəncləşdirmək üçün bir çox səhnədə CGI teknologiyasının istifadə olunduğu filmin ssenarisini isə "Şindlerin siyahısı" (Schindler’s List), "Nyu-York Bandası" (Gangs of New York) və American Gangster kimi filmlərin ssenaristi olan Stiven Zellian (Steve Zaillian) qələmə alıb. Həyəcanla gözlədiyimiz film, 27 noyabrda Netflixdə yayımlanacak.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər