Rey Romano

Rey Romano

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Reymond Albert “Rey” Romano 1957-c ildə Nyu-Yorkda (ABŞ) musiqi müəlliməsi Lüsi və rieltor, mühəndİs Albert Romanonun ailəsində dünyaya göz açıb. Nyu-York şəhər universitetini mühasibat uçotu ixtisası üzrə bitirib.NewsRadio” sitkomunda baş rollardan birini ifa etsə də, sonradan həmin rol Co Roqana verilir. Daha sonra Romano “Devid Lettermanla gecə şousu” proqramında iştirak edir, öz stendap monoloqları ilə çıxış edir. Onu populyarlaşdıran rol “Hamı Reymondu sevir” sitkomunda oynadığı rol olur və ona 2002-ci ildə “Emmi” mükafatını qazandırır. Həmin rola görə eyni zamanda üç dəfə ABŞ Kino Aktyorları Gildiyasının laureatı olub. “Milyonçu” intellektual teleşousunun iştirakçısı olub, 125 min dollar qazanaraq həmin məbləği Nyu-York polis idarəsinə ianə edib. 2001-ci ildə “E!” kabel telekanalı onu ilin ən yaxşı aktyorlarının iyirmiliyinə daxil edib. 2005-ci ildə “Simpsonlar” cizgi serialında Homerin dostu Reyi səsləndirib. Həmçinin “Buz dövrü” saqasının hər hissəsində baş personaj – Manfred adlı mamontun səsini çıxarır. “Hamı Reymondu sevir” sitkomunda oynadığı baş rolla məşhurlaşıb. Reymond həyat yoldaşı Anna Romano ilə 1987-ci ildə ailə qurub. Birgə nikahdan dörd övladları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%BC%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç