Harvi Keytel 13 may 1939-cu ildə Nyu-Yorkda (ABŞ) Rumıniya və Polşadan olan mühacir yəhudi ailəsində doğulub. Livanda dəniz piyada qoşunlarında xidmət edib. Li Strasberq və Stella Adlerin aktyorluq studiyasında oxuyub. 10 ilə yaxın kiçik teatrlarda fəaliyyət göstərib. Bu ərəfədə rejissor Martin Skorseze ilə tanış olur və onun “Mənim qapımı kim döyür” filmində çəkilir. Rejissorla əməkdaşlığı “Alisa artıq burada yaşamır” (1974), “Qəzəbli küçələr”(1872), “Taksi sürücüsü” (1976) filmlərində də davam edir. 1970-ci illərdə Avropa filmlərində çəkilməyə başlayır. Keytel “Apokalipsis bu gün” (1979) filmində oynamalı idi, ancaq onun rolunu Martin Şin alır. Bu hadisədən sonra karyerasında bir qədər durğunluq yaşayır və ikinci dərəcəli rollarda oynamağa başlayır. Onun yenidən geri qayıtması isə 1988-ci ildə baş veir. Sonra o, “Pianino” filmində baş rollardan birini canlandırır. Bu film “Qızıl Palma” mükafatına layiq görülür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Harvey_Keitel