Robert Dauninin Oynadığı "Dolittle"dən İlk Treyler Yayımlandı!

18 Oktyabr, 2019


Robert Dauninin (kiçik) (Robert Downey Jr.) heyvanlarla danışa bilmə istedadına sahib olan bir baytara həyat verdiyi "Dolittle"dən ilk treyler yayımlandı. Stephen Gaghan’ın yazıb, rejissoru olduğu filmin, 17 yanvar 2020-ci ildə premyerası olacaq.

İllərdir Marvel film kainatındakı Tony Stark rolu ilə adını eşitdirən Robert Dauni (kiçik) (Robert Downey Jr.), uzun müddət sonra fərqli bir rolla filmsevərlərin qarşısına çıxmağa hazırlaşır. Robert Dauninin daha əvvəl də böyük ekranda gördüyümüz Dr. Dolittle’i canlandırdığı Dolittle, gələn il filmsevərlərin ixtiyarına veriləcək.

Hugh Lofting’in 1920-ci illərdə yayımlanmağa başlayan uşaq kitabları seriyasının ana xarakteri olan və heyvanlarla danışa bilməsi ilə tanınan Dr. Dolittle, ilk olaraq 1967-ci ildə Rex Harrison’un baş rolunda yer aldığı filmlə izləyicilərin qarşısına çıxmışdı. 30 il sonra isə bu dəfə Dr. Dolittle olaraq qarşımıza Eddi Mörfi (Eddie Murphy) çıxmışdı.



Dr. Dolittle’a bu dəfə Robert Dauninin (kiçik) (Robert Downey Jr.) həyat verəcəyi bu yeni versiya, “Oskar” mükafatlı ssenarist və rejissor Stephen Gaghan‘ın imzasını daşıyor.  TrafficSyriana kimi “Oskar” mükafatlı filmlərlə tanınan Gaghan, son olaraq Mettyu MakKonahinin (Matthew McConaughey) baş rolunu üstləndiyi “Gold” ilə kinoteatrlara qonaq olmuşdu. Robert Daunili (kiçik) (Robert Downey Jr.) Dolittle, 17 yanavar 2020-ci premyerası planlaşdırılır.

Eksantrik bir həkim və baytar olan Dr. John Dolittle, həyat yoldaşının vəfatının ardından eqzotik heyvanları ilə malikanəsinin divarları arxasına gizlənir. Ancaq Kraliça Victoria çarəsiz bir xəstəliyə tutulduğuna görə, Dolittle’ın yenidən çölə çıxıb çətin bir macəraya atılması lazım gəlir. Əfsanələrdə danışılan bir adaya tərəf yola çıxan Dr. Dolittle, bu yolda heç gözləmədiyi bir sürprizlə qarşılaşacaq.



Baş rollarında Robert Dauni (kiçik) (Robert Downey Jr.) ilə yanaşı Jessie Buckley, Antonio Banderas, Maykl Şin (Michael Sheen) və Emma Tompsonun (Emma Thompson) iştirak etdiyi film, Dolittle’ın danışdığı heyvanları səsləndirmələri üçün də diqqət çəkən bir aktyor heyətini bir araya gətirir. Filmin səsləndirmə heyətində Tom Holland, Rami Malik (Rami Malek), Oktaviya Spenser (Octavia Spencer), Kumail Nanjiani, Marion Kotiyyar (Marion Cotillard) kimi önəmli adlar yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər