Robert Dauni (kiçik)

Robert Dauni (kiçik)

Aktyor

BİOQRAFİYA

Robert Dauni (kiçik) 4 aprel 1965-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Atası - Robert Dauni (böyük) rejissor, aktyor və prodüser, anası Elsi aktrisa olub. Dauninin atası irland və yəhudi, anası alman və şotland əsillidir. O, iki dəfə "Oskar" nominantı (1993, 2009), “Emmi” nominantı (2001), iki dəfə "Qızıl Qlobus" qalibi (2001, 2010) və “BAFTA" mükafatı qalibidir (1993). Hollivudun ən çox qazanan aktyoru və dünyanın ən məşhur film ulduzlarından biridir. Rol aldığı filmlərdən altısı 500 milyondan çox qazanc gətirib. İlk dəfə “Sıfırdan az” filmində canlandırdığı narkoman gənc obrazı ilə tənqidçilərdən yüksək xal yığan aktyor 1992-ci ildə əfsanəvi komik Çarli Çaplini canlandırdığı “Çaplin” filmi ilə “Oskar” mükafatına namizəd göstərilir. “Anadangəlmə qatillər”, “Qısa keçidlər”, “Üçüncü Riçard”, “Birgecəlik məhəbbət”, “Yalnız sən”, “Ürək və ruhlar” həmin dövrdə çəkildiyi digər populyar filmlər sırasında idi. 1996-cı ilin avqustunda içkili vəziyyətdə sürdüyünə, heroindən istifadəyə görə Robert polislər tərəfindən saxlanılır və üç il müddətinə azadlıqdan məhrum edilir. 2000-ci ildə "Alli Makbil" serialında rol alır və uğurlu aktyorluğuna görə "Qızıl Qlobus" mükafatı qazanır. Yalnız narkotik probleminin öhdəsindən gələ bilməyən aktyor serialdan qovulur və illərlə boyük kinodan uzaq qalaraq müalicəsinə davam edir. Narkotikdən təmizləndikdən sonra Dauni (kiçik) böyük bir qayıdış edərək, bir-birinin ardınca “Oxuyan Detektiv”, “Qotika”, “Gecəniz xeyrə qalsın", “Uğurlar”, “Zodiak”, “Xəz” kimi populyar filmlərdə oynamış, sonralar çox sevilən “Dəmir Adam” filmlərində baş rolu ifa edir, “Şerlok Holms” və ona ikinci "Oskar" namizədliyini gətirən “Tropik fırtına” filmlərində rol alır. 2017-ci ildə "Hörümçək adam: Evə qayıdış" filmində çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Downey_Jr.



 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç