Maykl Şin

Maykl Şin

Aktyor

BİOQRAFİYA

Maykl Şin 5 fevral 1969-cu ildə İngiltərədə anadan olub. Beş yaşı olanda valideynləri Liverpula köçür və o vaxtdan aktyor "Liverpul" yerli futbol klubunun azarkeşidir. Orta məktəbi bitirdikdən sonra Şin Bristol Teatr Məktəbinə daxil olur və ikinci kursdan başlayaraq "Lourens Olivye təqaüdü" alır. Şinin teatrda debütü “O rəqs edəndə” tamaşası olub. Sonra aktyor klassik obrazlara dəvət alır. "Romeo və Cülyetta”, “Per Qyunt”, “Cimmi Porter” tamaşalarında rol alır, 1993-cü ildə isə "Yan Çarlston mükafatı"na namizəd göstərilir. Həmin il bir neçə televiziya layihəsinə dəvət alır. Maykl “Merri Raylli”, “Otello” və “Uayld” bioqrafik filmlərində çəkilir. 1999-cu ildə “Amadey” tamaşasında iştirak edir və tezliklə “Kaliqula” tamaşasındakı roluna görə "Lourens Olivye mükafatı"na layiq görülüb. Tədricən Maykla kino dəvətləri gəlir. Aktyor “Oyundan kənar”, “Dörd lələk”, “Qızıl gənclik” və “Başqa dünya” filmlərində çəkilir. Karyerası getdikcə parlayır. “İş sazişi” (2003), “Cazibədarlığın qanunları” (2004), “Çirkli məhəbbət” (2004), “Apokalipsis liqasının centlmenləri” (2005), “Kraliça” (2006), “Frost Niksona qarşı” (2008), “Alatoran. Saqa” (2009), “Ağlasığmaz” filmlərində iştirak edir. 2010-cu ildə Tim Börtonun “Alisa möcüzələr diyarında” filmində ağ dovşanı oynayır. Mayklın sonuncu işləri arasında “Yaxşı oğlan”, “Parisdə gecəyarısı”, “Qarşıdurma” trillerini göstərmək olar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Reese_Witherspoon

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç