Eddi Mörfi

Eddi Mörfi

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA
Eddi Mörfi 3 aprel 1961-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası Lillian telefon operatoru, atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub. Eddinin üç yaşı olanda valideynləri ayrılır. Eddi ailədə ikinci övlad idi və Çarli adında bir qardaşı var idi (1959-2017). 1969-cu ildə atasını itirir. Atasından sonra anası xəstələnir və qardaşlar müvəqqəti olaraq başqa bir ailə tərəfindən himayəyə götürülürlər. Daha sonra Eddi böyük qardaşı Çarli Ruzvelt, anası və ögey atası Vernon Linçlə birlikdə Nyu-York ştatında yaşayır. Ögey atası dondurma zavodunda usta işləyirdi. Hələ kiçik yaşlarından Eddi Mörfidə olan komik xüsusiyyətlərinə görə məktəb yoldaşları ona hörmətlə yanaşırdılar. Eddi kino karyerasına 1975-ci ildə başlayıb. 1982-ci ildə çəkilən "48 saat" filmi ona ilk uğurunu gətirir. Nikol Mörfi ilə evliliyindən beş uşağı var. Cütlük 2006-cı ildə ayrılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Eddi_M%C3%B6rfi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç