Rami Malik

Rami Malik

Aktyor

BİOQRAFİYA

Rami Malik 12 may 1981-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində (ABŞ) anadan olub. Əslən misirlidir. Ən çox şöhrət gətirən rolu Elliot Aldersonun “Cənab Robot” serialında olub. ”Emmi” mükafatının sahibidir. İki dəfə “Qızıl Qlobus”mükafatına namizəd olub. Karyerası 2004-cü ildə “Gilmor qızları”, ”Orada”, ”Medium” teleseriallarında çəkilməklə başlayır. 2005-ci ildə FOX kanalında yayımlanan “Evdə müharibə” serialındakı roluna görə şöhrət qazanır. 2014-cü ildə onun iştirakı ilə məşhur Need for Speed videooyunun ekran adaptasiyası işıq üzü görüb. 2015-ci ildə “Muzeydə gecə” komediya franşizasının 3-cü hissəsində yenidən misir faraonu rolunu oynayıb. 2015-ci ildə karyerasının ən uğurlu televiziya roluna – “Mister Robot” haker serialına baş rola çəkilib. 2016-cı ildə həmin rola görə “Emmi” laureatı olub. 2015-ci ildə Until Dawn oyunun səsləndirilməsində iştirak edib. Eyni zamanda baş personaj Coş Vaşinqtonun siması onun tipajı əsasında hazırlanıb. 2017-ci ildə rejissor Brayan Singerin əfsanəvi ifaçı Freddi Merkuri haqqında çəkdiyi biopikə - “Bohem rapsodiyası” filmində baş rola çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Rami_Malek

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç