Marion Kotiyyar

Marion Kotiyyar

Aktrisa

BİOQRAFİYA

Marion Kotiyyar - fransalı aktrisadır. 1975-ci il sentyabrın 30-da Parisdə doğulub. Atası məşhur teatr xadimi və özəl teatrın təsisçisidir. Anası isə teatr aktrisasıdır. Uşaqlığı Orleanda, Luara qəsəbəsində keçib. Orlean konservatoriyasında vokal fakültəsində təhsil alıb. 1981-ci ildə, hələ uşaq vaxtı uşaq tamaşalarında iştirak edib. 1997-ci ildə “Başa çatmış iş” tamaşasında oynadığı rola görə teatr mükafatına layiq görülüb. Kino aləmində Lyu Bessonun “Taksi” filmində çəkildikdən sonra tanınmağa başlayıb. Kotiyyar "Taksi"nin ikinci və üçüncü hissələrində də çəkilib. Aktrisanın uğurlu rollarından biri də Jan-Pyer Jenenin “Uzun nişan” filmindəki fahişə Tina Lombardi olur. Bu filmdən sonra Marion Kotiyyar istedadlı dramatik aktrisa olduğunu sübut edir və dünya şöhrəti qazanır. 2007-ci ildə Ridli Skottun “Yaxşı il” və Olivye Daanın Edit Piafın həyatından bəhs edən “Çəhrayı rəngli həyat” bioqrafik dramında çəkilib. 2008-ci ildə Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Marion_Kotiyar
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç