Snatch və Lock, Stock and Two Smoking Barrels kimi filmlərdə birlikdə işləyən Qay Riçi (Guy Ritchie) və Ceyson Steytem (Jason Statham), 2004-cü il istehsalı Le convoyeur’ın remeyki üçün təkrar bir araya gəlir.
Son olaraq Disney’in live-action remeykində Aladdin ilə kinoteatrlara qonaq olan Qay Riçi (Guy Ritchie), zaman itirmədən növbəti proyektinə keçdi və Mettyu MakKonahi (Matthew McConaughey), Çarli Hannem (Charlie Hunnam), Hyu Qrant (Hugh Grant), Kolin Farrell (Colin Farrell) kimi adları bir araya gətirən The Gentlemen‘nin rejissoru oldu. Ötən günlərdə yayımlanan ilk treylerinə baxılarsa Snatch və Lock, Stock and Two Smoking Barrels kimi rejissor ilk vaxtlar filmlərinə yaxın olan The Gentlemen’ın post-prodakşn müddəti davam edərkən, Riçinin bir sonrakı proyekti də məlum oldu.
Deadline’ın xəbərinə görə Riçi, 2004-cü ilin istehsalı Fransız kəskin janrlı filmi Le convoyeur‘ın yenidən remeykinin rejissoru olacaq. Uğur qazanan filmin remeykinin haqlarını satın alan Miramax, sadəcə filmin rejissoru olması üçün Qay Riçi ilə razılaşmaqla kifayətlənmədi, eyni zamanda filmin baş rolunu üstlənəcək adı da müəyyən etdi. Le conveyour remeykinin baş rolunda daha əvvəl Lock, Stock and Two Smoking Barrels, Snatch və Revolver’da da Riçi ilə işləyən Ceyson Steytem (Jason Statham) yer alacaq.
Deadline’ın xəbərində bu yeni filmin adının hələ məlum olmadığı vurğulansa da, bu proyektin hazırlıq müddətində olduğunu Deadline, Variety kimi inanılan qaynaqlardan bir həftə əvvəl ortaya çıxaran Discussing Film’in proyektdən Vigilance olaraq bəhs etməsi, remeykin adının bu ola biləcəyini düşündürür.
Albert Dupontel və Jan Düjardenin (Jean Dujardin) baş rollarını üstləndiyi 2004 istehsalı film, Vigilante adlı bir zirehli maşın şirkətində işə girən mühafizə xidmətinin əməkdaşının burada işləyənlərin arasına qarışıb, onları daha yaxından tanıyaraq planını həyata keçirmək üçün doğru anı gözləməsini danışırdı. Riçinin versiyası isə hər həftə Los-Ancelesin dörd bir yanına yüz milyonlarca dollar daşıyan bir zerihli maşın şirkətində işə girən H adlı sirli bir adamın hekayəsini danışacaq. Ancaq Riçinin digər filmlərində olduğu kimi bu filmdə də hekayəni birdən çox xarakterin baxış bucağından görəcəyik.