Martin Skorzese (Martin Scorsese) imzalı "İrlandiyalı"dan (The Irishman), yeni bir treyler və Robert De Nironun CGI teknologiyası istifadə olunaraq gəncləşdirilməsinin necə bir nəticə ortaya çıxardığını göstərən dörd yeni kadr yayımlandı.
Martin Skorzesenin (Martin Scorsese) yeni filmi olması, Robert De Niro, Al Paçino (Al Pacino), Co Peşi (Joe Pesci) və Harvi Keytel (Harvey Keitel) kimi peşəkar adların aktyor heyətində yer alması ilə, bu ilin ən həyəcanla gözlənilən filmləri arasında olan "İrlandiyalı"dan (The Irishman) dörd yeni kadr yayımlandı. Yayımlanan bu yeni kadrların filmdə eyni xarakterə fərqli dövrlərdə həyat verə bilməsi üçün CGI istifadə olunaraq gəncləşdirilən Robert De Nironun fərqli dövrlərdə necə görünəcəyini görmə şansı əldə edirik.
Filmdə istifadə olunaraq gəncləşdirmə teknologiyası "İrlandiyalı"nın (The Irishman) büdcəsinin 160 milyon dollara çıxmasına və beləcə Skorzesenin bugünə qədərki ən bahalı filmi olmasına səbəb olmuş olsa da, bu kadrlara baxdığımızda ortaya çıxan nəticənin bu proyektin haqqını verən bir iş olduğunu söyləməyimiz çox da mümkün deyil. Yəni Robert De Nironun gənc bir əsgər olaraq yer aldığı kadrlarda aktyorun CGI köməyi ilə gəncləşdirildiyi çox açıq bir şəkildə görünür. Bu kadrda De Niro bir video oyunu xarakterini andıracaq qədər süni bir görünüşə sahibdir.
Film, International Brotherhood of Teamsters adlı həmkarlar ittifaqında məmur və eyni zamanda mafiya sui-qəsdçisi olan Frank Sheeran‘ın həyatını danışır. JFK sui-qəsdçi ilə Teamsters həmkarlar ittifaqının lideri Jimmy Hoffa‘nın öldürülməsi mövzularına da toxunacaq olan film, Charles Brandt‘ın I Heard You Paint Houses kitabından adaptasiya olunur. Robert De Nironu gəncləşdirmək üçün bir çox səhnədə CGI teknologiyasının istifadə olunacağı filmin ssenarisini isə "Şindlerin siyahısı" (Schindler’s List), "Nyu-York bandası" (Gangs of New York) və "Amerikalı qanqster" (American Gangster) kimi filmlərin ssenaristi olan Steve Zaillian qələmə alıb.
Martin Skorzese (Martin Scorsese) ilə Al Paçinoyu (Al Pacino) ilk dəfə bir araya gətirən film, rejissorla Robert De Nironu gəncləşdirmək isə 1995-ci il istehsalı Casino’dan 22 il sonra yenidən bir araya gətirir. Filmin aktyor heyətində həm də Bobbi Kannavale (Bobby Cannavale), Rey Romano (Ray Romano), Cessi Plemons (Jesse Plemons), Anna Paquin, Stephen Graham və Cek Hyüston (Jack Huston) kimi önəmli adlar da yer alır.
Dünya premyerasını 27 sentyabrda, 57-ci ildə Nyu-York Film Festivalının açılış filmi olaraq edəcək film, 1 noyabrda ABŞ-da premyerası olduqdan sonra, 27 noyabrda Netflix’də yayımlanacaq.
İstər kamera önündə, istərsə kamera arxasında diqqət çəkici bir komandayı bir araya gətirən "İrlandiyalı"nın (The Irishman) bu il “Oskar” yarışında olduqca təsirli olması gözlənilir. Netflix’in də film üçün müəyyən etdiyi yayım strategiyasının mükafat sezonunda şansını artıracaq şəkildə planladığı görülür. Dünya premyerasını Nyu-York Film Festivalında etdikdən sonra London Film Festivalını da ziyarət edəcək olan film, ABŞ-da premyerası olduqdan 27 gün sonra Netflix’də yayımlanacaq.