Cek Hyüston

Cek Hyüston

Aktyor

BİOQRAFİYA

Cek Aleksandr Hyüston Hyüston 7 dekabr 1982-ci ildə Londonda (İngiltərə) anadan olub. Altı yaşı olanda aktyor olmaq qərarına gəlir. Məktəbdə Piter Pen haqqında tamaşada baş rolu oynayır. Daha sonra “Hartvud Haus” adlı dram məktəbinə daxil olur. Anası ingilis, atası amerikalıdır. Ata babası rejissor Con Hyüston olub. Ana babası isə 6-cı markiz Çomli olub. Aktrisa Anjelika Hyüston və aktyor Denni Hyüstonun qardaşı oğludur. Böyük Britaniyanın ilk baş naziri olan Robert Uolpoula ana tərəfdən qohumluğu çatır. Həmçinin Rotşildlər sülaləsinin əsasını qoymuş Mayer Amşel Rotşildin uzaq qohumudur. Şəxsi həyatına gəlincə 2011-ci ildə amerikalı model Şennan Kliklə görüşməyə başlayıb. 6 aprel 2013-cü ildə cütlüyün Seyc Laviniya Hyüston adlı qızları dünyaya gəlib. Daha çox “Gizli imperiya” teleserialında oynadığı Riçard Herrou rolu ilə məşhurlaşıb. Kinoda daha çox “Əzizlərini öldür” (2013), “Ben-Qur” (2016), “Vikinqlər” (2008), “Amerikan sayağı fırıldaq” (2013) filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8C%D1%8E%D1%81%D1%82%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç