"The Batman"də Cona Hill və Ceffri Rayt da İştirak Edə Bilər!

27 Sentyabr, 2019


Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olduğu The Batman’də Robert Pattinsonla (Robert Pattinson) yanaşı Cona Hill (Jonah Hill) və Ceffri Rayt (Jeffrey Wright) iştirak edə bilər. Warner Bros.’un Riddler rolü üçün Cona Hillə (Jonah Hill), Komiser Gordon rolu üçünsə Ceffri Raytla (Jeffrey Wright) ilə görüşmə ərəfəsində olduğu qeyd edilir.

Cloverfield, Let Me In"Meymunlar planeti: Müharibə" (War for the Planet of the Apes) kimi filmlərlə tanınan Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olduğu, son illərdə diqqət çəkici performanslara imza atan Robert Pattinsonun (Robert Pattinson) baş rolunu üstlənəcəyi yeni Batman filmi üçün hazırlıqların sürət qazanmasıyla birlikdə aktyor heyətində Pattinsonla yanaşı digər iştirak edəcək adlar da dəqiqlik qazanmağa başlayır.

İlk olaraq, The Batman’də rol alması üçün DC filmlərində mənfi xarakteri canlandıra biləcəyi bir müddətdir danışılan Cona Hillə (Jonah Hill) görüşüləcəyi ortaya çıxdı. Bu xəbərin eşidilməsini təmin edən Deadline, Hillin tam olaraq hansı xarakteri canlandıracağı mövzusunda bir detal paylaşmazkən, Collider qısa müddət sonra yayımladığı xüsusi xəbərlə bu problemin cavab tapmasını təmin etdi. Collider’ın Warner Bros.’a yaxın qaynaqlardan aldığı məlumatlara görə Hill, razılaşma olarsa, daha əvvəl iddia edildiyi kimi Penguin’i deyil, Batman komikslərinin bir digər diqqət çəkici mənfi xarakteri olan Riddler‘i canlandıracaq. Riddler daha əvvəl 1995-ci ildə Batman Forever’da da filmsevərlərin qarşısına çıxmış, bu filmdə xarakterə bacarıqlı aktyor Cim Kerriyə (Jim Carrey) həyat vermişdi.

Картинки по запросу Jeffrey Wright In Talks For ‘The Batman’

Cona Hill (Jonah Hill) karyerasına komediya filmləri ilə başlamış bir ad olsa da son illərdə rol aldığı proyektlərlə dram filmlərində də son dərəcə diqqət çəkici performanslara imza ata biləcəyini göstərdi. "Hər şeyi dəyişən adam" (Moneyball) və "Uoll-Strit Canavarı" ilə (The Wolf of Wall Street) iki “Oskar” namizədliyi qazanan Hill, eyni zamanda War DogsManiac kimi proyektlərdə də diqqət çəkici performanslara imza atdı.

The Batman’də rol almaq üçün Warner Bros. ilə razılaşma ərəfəsində olduğu ortaya çıxan bir digər ad isə Ceffri Rayt (Jeffrey Wright) oldu. Son illərdə Westworld serialındakı performansıyla uğur qazanan Ceffri Rayt (Jeffrey Wright), əgər razılaşılarsa Komiser Gordon‘ı canlandıracaq. Batman komikslərinin ən vacib yan xarakterləri arasında yer alan Komiser Gordon’a Kristofer Nolanın (Christopher Nolan) The Dark Knight üçləməsində Qari Oldmen (Gary Oldman) həyat verərkən, "Ədalət liqası"nda (Justice League) isə C.K. Simmons (J.K. Simmons) xarakteri canlandırmışdı.

Qısa müddət əvvəl Ceymi Foks (Jamie Foxx) və Cankarlo Espositonun (Giancarlo Esposito) The Batman’da rol ala biləcəyi sözləri ortaya çıxmış, ancaq bu aktyorların hansı rol üçün düşünüldüyü vurğulanmışdı. Gələn bu son xəbərlər iki aktyorun Komiser Gordon rolu üçün düşünülmüş ola biləcəyini göstərir. Ancaq görünür ki, Warner Bros.’un ən azından bu an üçün ilk seçimi Ceffri Raytdır (Jeffrey Wright).

Картинки по запросу Jeffrey Wright In Talks For ‘The Batman’

Mett Rivzin (Matt Reeves) deyimi ilə “noir bir Batman hekayəsini danışacaq” və sevilən qəhrəmanın detektiv yanına hədəflənəcək The Batman’də birdən çox mənfi xarakterin yer alması gözlənilir. Bu ana qədər gələn məlumatlara baxılarsa PenguinCatwoman filmdə qarşımıza çıxacaq ikonik xarakterlər arasında yer alacaq. Batman Forever Spider-Man 3 kimi çox sayda mənfi xarakterin yer aldığı filmlərin xəyal qırıqlığına dönməsi bu qədər çox mənfi xarakteri tək bir filmə sıxışdırma fikrinin çox da yaxşı nəticə vermədiyi yönündə fikirlər yaratmış olsa da, The Batman haqqında bu ana qədər eşitdiklərimiz, filmin bu problemdən çox təsirlənməyəciyini düşündürür. Yəni Mett Rivzin (Matt Reeves) bu xarakterlərdən birini (bu ana qədər gələn məlumatlara görə bu xarakter Riddler olacaq) ön plana çıxarıb, digər adları fərqli xarakterlər tərəfindən məskən tutulan, yaşayan bir Gotham inşa etmək üçün istifadə etməsi və beləcə olası davam filmləri üçün də sağlam təməllər atması mümkündür. Ortaya çıxan hər yeni adla bizi biraz daha həyəcanlandırmağı bacaran The Batman filminin, 25 iyun 2021-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər