Cim Kerri

Cim Kerri

Aktyor

BİOQRAFİYA

Cim Kerri 17 yanvar 1962-ci ildə Nyu-Market şəhərində (Kanada) anadan olub. Ailədə çətinliklərin olmasına baxmayaraq Cim çox şən, gülərüz böyüyür. O, həmişə ətrafdakıları güldürməyi bacarırdı. Valideynləri daim oğlunun istedadına dəstək olurdular. Yaxınlarının dəstəyi sayəsində 19 yaşlı gənc Torontoda yerləşən “Yak yak” klubunun ulduzuna çevrilir. Tezliklə Cim Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) gedir və məqsədi televiziyada çıxış etmək olur. 1984-cü ildə "People" jurnalı Kerrini ən gənc amerikalı parodiyaçı elan edir. 1985-ci ildə 23 yaşında “Bir dəfə dişlənmiş” filmində ilk baş rola dəvət alır. Lakin film uğursuz alınır. Oynadığı şoular bağlanır, kinoya dəvət almır. Bir sözlə, Cim depressiyaya düşür. 1993-cü ildə ssenarisini yazdığı “Eys Ventura ev heyvanlarının axtarışında” azbüdcəli filmi ekrana çıxır. Film gözlənilməz uğur əldə edir və 100 milyon dollar gəlir gətirir. Beləliklə, Kerrinin karyerasında yenidən canlanma başlanır. 1994-cü ildə kinematoqrafiyanın klassikasına çevrilən “Maska” komediyasında çəkilir. Bu filmə görə Kerri "Qızıl Qlobus"a namizəd olur. Ardınca “Ağılsızdan da ağılsız” (1994), “Əbədi Betmen”(1995), “Kabelçi”(1996), “Yalançı, yalançı” filmlərində çəkilir. 1998-ci ildə Cim Kerri tamaşaçıları “Trumanın şousu” filmində dramatik rolu ilə heyrətləndirir. Bu rola görə ilk dəfə "Qızıl Qlobus"a layiq görülür. Bir il sonra isə Miloş Formanın “Aydakı adam” filmində oynadığı Endi Kaufman roluna görə ikinci "Qızıl Qlobus" mükafatını qazanır. Aktyorun əsl dramatik istedadı Mişel Qondrinin “Pak şüurun əbədi ehtirası” filmində yetərincə özünü biruzə vermişdi. 2007-ci ildə Cim özünü “23 rəqəmi” trillerində sınayır. Lakin komediya onun əsas ampluası olaraq qalır. Kerrinin filmoqrafiyasına “Mən, yenə mən və İren”, “Qrinç”, “Qüdrətli Bryus”, “Həmişə “Hə” de”, “Mister Popperin pinqvinləri” kimi məşhur filmlər daxildir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D1%80%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç