Cona Hill

Cona Hill

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Cona Hill Feldşteyn Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) yəhudi ailəsində anadan olub. Anası Şeron Lin (Çalkin) dizayner və stilist işləyib. Atası isə “Guns N’ Roses” qrupunun tur meneceridir. Bacısı Bini Feldşteyn də aktrisadır, qardaşı Cordan Feldşteyn isə “Maroon 5” qrupunun musiqi meneceri kimi fəaliyyət göstərir. Cona Hill Brentvud şəhər ibtidai məktəbinə gedib. Daha sonra orta təhsilini Santa-Monika şəhərində alıb. Orta məktəbi bitirdikdən sonra Nyu-Yorka köçüb. Orada Yeni Məktəb Universiteti və Kolorado universitetində oxuyub. “Hər şeyi dəyişmiş insan” və “Uolt-Strit canavarı” filmlərində oynadığı rollara görə ən yaxşı ikinci dərəcəli aktyor nominasiyasında “Oskar” mükafatına namizəd olub (2012, 2014). Aktyorluq məharətini komediya janrında doğruldub. Daha çox “Çox nadinc uşaqlar” (Superbad-2007), “Veqasdan qaçış” (Get Him to the Greek – 2010), “21 Jamp Strit” (21 Jump Street -2012), “Uolt-Strit Canavarı” (2013) filmlərində oynadığı rollara görə tanınıb. Şəxsi həyatına gəlincə 2008-2011-ci illərdə Cordan Kleynlə görüşüb. 2015-ci ildə dietoloq Bruk Qleyzerlə o qədər də çox çəkməyən romantik macəra yaşayıb. Elə həmin il Kamilla adlı gənc qadınla görüşməyə başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jonah_Hill

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç