Roland Emmerixin Yeni Filmi “Midway”dən Treyler Yayımlandı!

16 Sentyabr, 2019

Roland Emmerixin (Roland Emmerich) II. Dünya müharibəsində keçən yeni filmi “Midway”dən treyler yayımlandı. Patrik Uilson (Patrick Wilson), Lük Evans (Luke Evans), Vudi Harrelson (Woody Harrelson) və Mendi Mur (Mandy Moore) kimi adların aktyor heyətində yer aldığı film bu il filmsevərlərin ixtiyarına veriləcək.

"Ulduz darvazası" (Stargate), "Müstəqillik günü" (Independence Day), "Vətənpərvər" (The Patriot) və 2012-ci il kimi geniş izləyici kütləsinə çatmağı bacarmış filmlərin rejissoru olaraq tanınan Roland Emmerix (Roland Emmerich), bu il yeni filmi ilə kinoteatrlara geri qayıdacaq. Emmerixin ABŞ-da noyabrda premyerası olacaq yeni filmi “Midway” üçün tanıtım işlərinə başlayan Lionsgate, tamaşaçıları II. Dünya müharibəsinə aparan filmdən ilk treyler yayımladı.

Картинки по запросу ‘Midway’ Trailer

Ssenarisini Colony serialının ssenaristlərindən Wes Tooke‘in qələmə aldığı film, II. Dünya müharibəsi ərəfəsində Amerika və Yapon donanmaları arasında yaşanan “Midway” böyük ekrana gətirir. Film, Pasifik Cəphəsi’ndəki müharibənin gedişini dəyişdirən bu müharibəyi; instikntləri, dözümlülüyü və cəsarətilə qəhrəmancasına mübarizə aparan liderlərin və əsgərlərin hekayələrindən ilham alınaraq danışılacaq. Film üçün paylaşılan bu sinopsis bir dəfə daha Amerika əsgərlərinin ucaldıldığı klassik bir Emmerix filmi ilə qarşı-qarşıya olduğumuzu düşündürərkən, yayımlanan ilk treylerdə də bu şübhələrimiz doğrulanır.



Filmin aktyor heyətində Patrik Uilson (Patrick Wilson), Lük Evans (Luke Evans), Vudi Harrelson (Woody Harrelson), Mendi Mur (Mandy Moore), Darren Criss, Aaron Ekhart (Aaron Eckhart), Nick Jonas, Dennis Kueyd (Dennis Quaid), Keean JohnsonTadanobu Asano kimi film və televiziya dünyasından tanıdığımız adlar yer alır. Filmin premyerası ABŞ-da 8 noyabra planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər