Aaron Ekhart 12 mart 1968-ci ildə Kupertinoda (Kaliforniya ştatı, ABŞ) yazıçı Meri Mart Lourens və informasiya texnologiyaları üzrə ekspert Ceyms Konrad Ekhartın ailəsində doğulub. “Latter-day Saint” kilsəsi nəzdində tərbiyə alıb və sonralar həmin kilsədə işləyib. Yeniyetmə yaşlarında Aaron ailəsi birlikdə əvvəlcə İngiltərə, sonra isə Sidneydə (Avstraliya) yaşayıb. Məktəbi bitirdikdən sonra Havaya gedir və burada sörfinqlə məşğul olur. Aktyorluq təhsilini Brigem Yanqın özəl dini universitetində (Yuta ştatı) alıb. 1994-cü ildə oranı bitirib. 2006-cı ildə şayiə yayılır ki, “ŞiDeyzi” qrupunun solisti Kristin Osbornla romantik münasibətləri var. Aktyor həmin qrupun “I’m Taking The Wheel” mahnısının klipində çəkilib və klipin sonunda Kristinlə öpüşür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Aaron_Eckhart