Patrik Uilson
Aktyor
Patrik Uilson 3 iyul 1973-cü ildə Norfolkda (Virciniya ştatı, ABŞ) anadan olub. 1995-ci ildə "Carnegie Mellon" aktyorluq universitetini bitirib. Seçdiyi sənət üzrə ilk addımlarını o, teatr tamaşalarında aktyorluq edərək atıb. 2002-ci ildə Patrik “Oklahoma” tamaşasındakı Körli Makleyn roluna görə “Toni” mükafatına layiq görülüb. “Opera kabusu” müziklında əsas qəhrəmanlardan biri olan Qraf Raul de Şanye obrazını canlandırdıqdan sonra daha geniş kütlə tərəfindən tanınıb. 2006-cı ildə Patrik Keyt Uinsletlə birlikdə Tom Perrottinin eyniadlı əsəri əsasında çəkilmiş “Balaca uşaqlar kimi” filmində rol alıb. Bu ekran əsərində o, dramatik aktyorluq bacarığının nə qədər yüksək olduğunu göstərib. Filmdəki açıq-saçıq səhnələrin çoxluğu böyük səs-küyə səbəb olmuşdu. 2008-ci ildə Artur Millerin “Mənim bütün oğullarım” tamaşasında Con Litqou və Keti Holmsla birlikdə rol alıb. 2011-ci ildə aktyor onun üçün fərqli janrda olan “Astral” qorxu filminə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Patrick_Wilson