Roland Emmerix

Roland Emmerix

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Rolland Emmerix 10 noyabr 1955-ci ildə Ştutqartda (Almaniya) varlı sahibkar ailəsində doğulub. Alman əsilli amerikalı film rejissoru, ssenaristi və fəlakət filmləri ilə tanınan prodüserdir. Münhen şəhərindəki Kino və Televiziya Məktəbinin kino rejissorluğu şöbəsini bitirib. 24 yaşında özünün ilk ağ-qara qısametrajlı "Fransız" filmini çəkir. "Kainatda qaçış" fantastik filmi kinematoqrafiya tarixində ən yüksəkbüdcəli tələbə filmi idi. Bu əsər üçün 1 milyon alman markası xərcləyib. "Prinsip" filmi ilə 1984-cü ildə Berlin kinofestivalı açılıb. Və festivalın "Qızıl ayı" müsabiqəsində əsas namizədlərdən olub. Emmerixin bu uğurlu debüt filminin hüquqları 20 ölkənin kinoprokatları tərəfindən alındıqdan sonra rejissor "Centropolis Films" adlı şəxsi prodüser şirkətini yaradır. 1985-ci ildə "Coui" adlı ingilis dilli filminin (Bu film bir yeniyetmənin vəfat etmiş atası ilə münasibət qurmasından bəhs edir) uğurundan sonra Emmerix Hollivuda gedir. Burada o, Stiven Spilberqin "Hollivud bədheybətləri" və "Ay-44" fantastik döyüş filminin davamını çəkir. "Universal əsgər" filmi Hollivud prodüseri Din Devlinlə uzunmüddətli əməkdaşlığının əsasını qoyur. 20-dən çox film çəkib. Rejissor "gey" olduğunu gizlətmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Roland_Emmerich

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç