Tadanobu Asano

Tadanobu Asano

Aktyor, rejissor, bəstəkar

BİOQRAFİYA

Tadanobu Asano 27 noyabr 1973-cü ildə Yaponiyada anadan olub. Tadanobu Asano rəssam Yukixisa Satonun ailəsində anadan olub. Ana babası ABŞ vətəndaşı Uillard Overinq Norveç və holland əsillidir. Tadanobu Asano ilk rolunu atasının sayəsində 16 yaşında televiziyada ifa edib. Daha sonra kinoda rol almağa başlayıb. Onun ilk debütü 1990-cı ildə baş tutub. Asano samuraylardan bəhs edən “Tabu” və dramatik kəskin süjetli “Dzatoiti” filmlərindəki rolları ilə tanınıb. 2007-ci ildə Sergey Bodrovun “Monqol” filmində Çingizxan obrazını canlandırıb. Aktyorluqla yanaşı, musiqiyə böyük həvəs göstərib. İlk klipini hələ 80-cı illərin axırlarında çəkdirib. 1994-cü ildə məşhur yaponiyalı müğənni Çare ilə evlənib. Onların 4 iyul 1995-ci ildə Sumire adlı qızları və 19 dekabr 1999-cu ildə Himi adlı oğulları dünyaya gəlib. 2009-cu ilin iyul ayında cütlük boşandığını bəyan edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Tadanobu_Asano

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç