Robert De Niro və Al Paçinolu "İrlandiyalı”nın Treyleri Çıxdı!

02 Avqust, 2019


Martin Skorzesenin (Martin Scorsese) Robert De NiroAl Paçinolu yeni filmi "İrlandiyalı”dan (The Irishman) ilk uzunmetrajlı treyler yayımlandı. Dünya premyerasını 27 sentyabrda 57-ci Nyu-York Film Festivalında olacaq film, bu payızda Netflixdə yayımlanacaq.

İstər Martin Skorzesenin (Martin Scorsese) yeni filmi olması, istərsə də Robert De Niro, Al Paçino, Co Peşi (Joe Pesci) və Harvi Keytel (Harvey Keitel) kimi peşəkar aktyor heyətində olması, bu ilin ən həyəcanla gözlənilən filmləri arasında yer alan "İrlandiyalı”dan (The Irishman) ilk uzunmetrajlı treyler yayımlandı. Dünya premyerasını 27 sentyabrda, 57-ci Nyu-York Film Festivalının açılış filmi olacaq film, bu payızda Netflixdə yayımlanacaq.

Ä°lgili resim

Film, International Brotherhood of Teamsters adlı həmkarlar ittifaqı məmuru və eyni zamanda mafiya sui-qəsdçisi olan Frank Sheeran‘ın həyatını danışır. JFK sui-qəsdi ilə Teamsters həmkarlar ittifaqı lideri Jimmy Hoffa‘nın öldürülməsi mövzularına da toxunacaq olan film, Charles Brandt‘ın I Heard You Paint Houses kitabından adaptasiya olunub. Robert De Niroyu gəncləşdirmək üçün bir çox səhnədə CGI teknologiyanın istifadə ediləcəyi filmin ssenarisini isə "Şindlerin siyahısı" (Schindler’s List), "Nyu-York bandası" (Gangs of New York)"Amerikalı qanqster" (American Gangster) kimi filmlərin ssenaristi olan Stiven Zellian (Steve Zaillian) qələmə aldı.

Filmin prodüserlərindən İrvin Uinkler  (Irwin Winkler), keçən günlərdə qatıldığı bir podcast‘də Skorzesenin maraqla gözlənilən yeni filminin Şükran Günü’ndə, yəni 28 noyabrda tamaşaçıların ixtiyarına verilməsini açıqladı. Ancaq Uinkler bu tarixi filmin kinoteatrlarda göstəriləcəyi günmü, yoxsa Netflixdə yayımlanacağı tarixmi olduğu mövzusunu açıqlamadı. Bildiyiniz kimi Netflix, Skorzesenin yeni filminin öz internet platformunda yayımlanmadan əvvəl, kinoteatrlarda göstərilməsi planlaşdırılır. Bu səbəbdən film, Romada olduğu kimi ilk əvvəl kinoteatrlarda yayıma verilib, bir iki həftə sonra Netflixdə yayımlana bilər.

The Irishman ile ilgili görsel sonucu

Martin Skorzeseylə (Martin Scorsese) Al Paçinoyu ilk dəfə bir araya gətirən film, rejissorla Robert De Niroyu isə 1995-ci il istehsalı Kasinodan 22 il sonra yenidən bir araya gətirir. Filmin aktyor heyətində De NiroPaçino ilə yanaşı Co Peşi (Joe Pesci), Harvi Keytel (Harvey Keitel), Bobbi Kannavale (Bobby Cannavale), Rey Romano (Ray Romano), Cessi Plemons (Jesse Plemons) və Anna Paquin kimi önəmli adlar yer alır.

Robert De NiroAl Paçino kimi aktyorların xarakterlərinə fərqli dövrlərində həyat verə bilmələri üçün istifadə olunan CGI teknologiyası, post-prodakşn müddətinin uzadılmasına və filmin büdcəsinin 160 milyon dollara çıxmasına səbəb olsa da, yayımlanan bu treyler ortaya çıxan nəticənin filmsevərləri qane edəcəyini düşündürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər