İrvin Uinkler

İrvin Uinkler

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

İrvin Uinkler 25 may 1931-ci ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. 1955-ci ildə Nyu-York Universitetini bitirib. Diplomu əlinə aldıqdan sonra ABŞ ordusuna hərbi xidmətə yazılır. Hərbi xidməti başa vurduqdan sonra 60-cı illərin sonlarında Robert Çartoffla birgə ABŞ müasir kinematoqrafiyasının “inciləri” sayılan ekran əsərlərini ortaya qoyur. İlk əvvəl Con Burmanın ideyası əsasında “Yaxından açılan atəş” trillerini lentə alırlar. Həmin illərdə film tənqidçilərin diqqətindən yan keçsə də, hazırda 20-ci əsrin ikinci yarsının klassikasi statusunu qazanıb. 1969-cu ildə onların komandasına müvəqqəti olaraq Sidni Pollak qoşulur. Birlikdə “Atları güllələyirlər, elə deyilmi” adlı tənqidçilərin müsbət rəyini qazanmış filmi çəkirlər. Növbəti filmləri “Çiyələk bəyanatı” adlı film olur. Sözügedən film Kann kinofestivalında münsiflərin mükafatını qazanır. 1976-cı ildə isə karyeralarının ən baxımlı filmlərindən sayılan “Rokki” idman dramını lentə alırlar. Çartoff və Uinklerin birgə məhsulu olan ekran əsəri ən yaxşı film nominasiyasında “Oskar” mükafatı ilə təltif olunur. Ardınca duetin “Çılğın öküz” və “Canlara dəyən oğlanlar” filmləri də kifayət qədər nüfuz qazanır. Bundan sonra Uinkler solo karyerasına qədəm qoyur. Bu baxımdan debüt işi sayılan “İnqilab” (1985) filmi kommersiya baxımından iflasa uğrayır. 90-cı illərdə rejissor Martin Skorsezenin “Yaxşı oğlanlar” kriminal dramına prodüserlik edib. Sözügedən lent ən yaxşı film kateqoriyasında “Oskar” mükafatına nominasiya qazanır. Paralel olaraq onun ən uğurlu işi sayılan “Rokki”nin növbəti hissələrinə prodüserlik edib. Eyni zamanda “Rokki”nin spin-offu sayılan “Krid 2”nin prodüseri qismində çıxış edir. Filmin 2018-ci ilin sonlarında böyük ekranlara çıxacağı gözlənilir. Karyerası ərzində ümumilikdə 61 filmə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/art/cinema/producer/irwin_wi...

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç