"Killers of the Flower Moon"da Robert De Niro da Rol Alacaq!

30 Iyul, 2019


Martin Skorseze (Martin Scorsese) və Leonardo DiKaprioyu (Leonardo DiCaprio) yenidən bir araya gətirən "Killers of the Flower Moon"un aktyor heyətində Robert De Niro da yer alacaq. Bu aralar Robert De NiroAl Paçinolu (Al Pacino) yeni filmi The Irishman’in post-prodakşn müddəti ilə məşgul olan Martin Skorsezenin (Martin Scorsese) bir sonraki filmi, David Grann‘in romanından uyarlanan "Killers of the Flower Moon" olacaq.

Daha əvvəl "Təyyarəçi" (The Aviator), "Nyu-York bandası" (Gangs of New York) və "Dönüklər" (The Departed) gibi filmlərdə birlikdə işləyən
Martin Skorseze  (Martin Scorsese) və Leonardo DiKaprioyu (Leonardo DiCaprio) altıncı dəfə bir araya gətirəcək film, bundan əlavə Skorsezeyi sıx-sıx birlikdə çalışdığı bir sima ilə daha bir araya gətirəcək. Skorsezenin rejissoru olacağı filmin aktyor heyətində Leonardo DiKaprio (Leonardo DiCaprio) ilə yanaşı Robert De Niro da olacaq.




Ceyms Grey (James Gray) tərəfindən filmə adaptasiya olunan The Lost City of Z’in də yazarı olan Grann’in bəyənilən romanı, 1920-1925-ci illəri arasında o dövr dünyanın bəlkə də ən varlı insanları olaraq bilinən Osage yerlilərinin yaşadıqları yerdə neft tapılmasının ardından sistematik olaraq qətl edilmələrini, gerçək hekayəni mövzu götürür. Romanda danışılanlara görə, hadisəni araşdıran bir çox araştırmaçının öldürülməsindən sonra FBI işi ələ alır. J. Edgar Hoover’ın açmağa çalışdığı bu sirrin detalları ortaya çıxdıqca Amerika tarixinin ən ölümcül sui-qəsdlərindən biri üzə çıxmağa başlayır.

Martin Scorsese to reunite with Robert De Niro ile ilgili görsel sonucu

Filmin ssenarisini Forrest Gump, The Insider, The Curious Case of Benjamin ButtonMunich kimi filmlərlə tanınan “Oskar” mükafatlı ssenarist Erik Rot (Eric Roth) qələmə alır. Həm diqqət çəkici hekayəsi həm də bərabər möhtəşəm filmlərə imza atan SkorsezeDiKaprioyu yeniden bir araya gətirməsiylə hazırlıq mərhələsindəki ən həyəcanverici filmlərden biri olan Killers of the Flower Moon’un çəkiişlərinə 2020-ci ilin payız aylarında başlanması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər