Erik Rot
Ssenarist, prodüser, aktyor
Erik Rot 22 mart 1945-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası radio studiyasının rəhbəri və ssenaristi, atası isə kinoprodüser və universitet müəllimi olub. Erik Kaliforniya universitetini bakalavr dərəcəsi ilə bitirib. Daha sonra təhsilini Kolumbiya universiteti və Kaliforniya universiteti nəzdində kino məktəbində davam etdirib. Kaliforniya universitetində incəsənət ixtisası üzrə magistr dərəcəsi alıb. Onun ssenarisi əsasında, rejissor Maykl Uodlinin "Canavarlar", Robert Zemiksin "Forest Qamp” (1994), Maykl Mannın “Öz adamı” (1999), Stiven Spilberqin “Münhen” (2005), Devid Finçerin “Bencamin Battonun sirli hekayəsi” (2008) və sair filmləri çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_511/eric-roth