Hadisələr uzaq gələcəkdə cərəyan edir. Üçüncü minilliyin əvvəlində ən sərt qanun - “Altıncı gün qanunu”dur. Həmin qanun insanların klonlaşdırılmasını və ya süni surətlərinin yaradılmasını qadağan edir. Ancaq iri korporasiyalardan biri qadağaya məhəl qoymayaraq gizli şəkildə gələcəyin “bəşər övladlarını” yetişdirir. Qüsursuz şəkildə işləyən “cinayət maşını” kiçik xətadan sonra çətin duruma düşür.. Belə ki, helikopter pilotu Adam Gibson korporasiyanın gizli fəaliyyətinin üstünü açır. Təqibə məruz qalan Gibson zombilər cəmiyyətinin qurulmasına əngəl ola biləcək yeganə şəxsdir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar