Rocer Spottisvud

Rocer Spottisvud

Rejissor, prodüser, ssenarist, montajçı

BİOQRAFİYA

Rocer Spottisvud 5 yanvar 1945-ci ildə Ottava şəhərində (Kanada) anadan olub. Kanadalı-amerikalı kino, televiziya rejissoru və ssenaristidir. Karyerasını 70-ci illərdə montajçı olaraq başlayıb. Dastin Hofmanın baş rola çəkildiyi “Həsir köpəklər” trillerinin montajçılarından biri olub. Daha sonra rejissor Sem Pekinpin “Pet Qerret və Billi Kid” filmini montaj edib. Rejissor olaraq ilk müstəqil işi “Terror qatarı” filmi sayılır. Daha sonra tanınmış cinayətkar D.B.Kuperin uğursuz axtarışlarından bəhs edən “D.B.Kuperin təqibi” filmini lentə alır. Karyerasında bir sıra məşhur döyüş və dedektiv triller janrında olan filmlər mövcuddur. “Bondiana” silsiləsindən olan, Pirs Brosnanın agent 007 roluna çəkildiyi “Sabah heç vaxt ölmür” filminin rejissorudur. Spottisvud karyerasında daha çox triller janrına üstünlük verir: “Atəş altında” filmi Nikaraquada hökmranlıq edən Somos və onun Sandinist inqilabından sonra devrilməsindən bəhs edir. “Yeltsin layihəsi” filmində 1966-cı ildə Rusiyada keçirilən prezident seçkilərindən danışılır. “Şeytanla razılaşma” filmi Ruandada törədilən soyqırımdan bəhs edir. Ən çox “48 saat” (1982), “Şeytanla razılaşma” (2007), “Altıncı gün” (2000), “Öldürücü atəş” (1988) filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Roger_Spottiswoode

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç