Vendi Krüson 9 may 1956-cı ildə Kanadada anadan olub. 80-ci illərdən başlayaraq böyük və kiçik ekranlarda 100-dən çox rola çəkilib. 80-cı illərin böyük hissəsini Kanadanın müxtəlif televiziya filmləri və seriallarına çəkilib. 1991-ci ildə ABŞ istehsalı olan “Həkim” filmində epizodik roldan sonra, kino karyerasına başlayıb. 1993-cü ildə “Yaxşı oğul” dramında Makoley Kalkinin qəhrəmanının ölən anası rolu hesabına məşhurlaşıb. Ardınca “Santa-Klaus” (1994), “Santa Klaus 2” (2002), “Santa Klaus 3” (2006) filmlərinə çəkilib. “Cinayət əlaqələri” (1996) psixoloji trillerində oynadığı roldan sonra rejissor Volfqanq Petersen onu “Prezidentin təyyarəsi” (1997) filmində amerikanın birinci xanımı roluna dəvət edir. Bundan başqa Robin Uilyamsla “100 yaşlı adam”, Arnold Şvarsneggerlə “6-cı gün” filmlərində tərəf müqabili olub. Daha sonra “Şokoladdan şirin” (1999), “Gözlənilməz və çılpaq” (2001), “Gözlənilməz məhəbbət” (2003) kimi filmlərdə rol alır. Vendi Quins Universitetinin məzunudur. Eyni zamanda Londonun Vebber Duqlas adına dram-incəsənət akademiyasında təhsil alıb. 1988-ci ildə aktyor Maykl Mörfi ilə evlənib və ondan iki uşaq dünyaya gətirib. 2009-cu ildə cütlük boşanıb. 2014-cü ildə aktrisa mətbuata lezbiyan olduğunu elan edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wendy_Crewson