Maykl Ruker

Maykl Ruker

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Maykl Ruker 6 aprel 1955-ci ildə Alabama şəhərində (ABŞ) anadan olub. Amerikalı kinoaktyor və prodüserdir. Ona şöhrət qazandıran film baş rola çəkildiyi “Henri: Silsilə qatilin portreti” filmi olub. “Gəzən ölülər” zombi-horrorunun ulduzu Maykl Ruker dünya tamaşaçısına yaxşı tanışdır. Qorxu və elmi-fantastik filmlərin fanatları da onu yaxşı tanıyır. Son illər “Qalaktikanın mühafizəçiləri” blokbasterində Yonda rolu ilə daha da məşhurlaşıb. Amerikalı aktyorun uşaqlığı doğma Casper qəsəbəsində (Alabama ştatı) keçib. İncəsənətə tam yad olan bir kəndli ailəsində doğulub. Məktəbi bitirdikdən sonra Ruker aktyor olacağını ağlına belə gətirə bilməzdi. Maykl müsahibədən keçir və Con Qudmanın yaradıcılıq emalatxanasında oxumağa başlayır. Oranı bitirdikdən sonra peşəkar səhnəyə ayaq basır. Kinoda 31 yaşında debüt edib. “Bərabərləşdirici” və “Kriminal hekayələr” seriallarında epizodik rollar alıb. Maykl Rukerin kinematoqrafiya bioqrafiyasının təməl daşı “Henri: silsilə qatilin portreti” kriminal dramı sayılır. Real hadisələr əsasında çəkilmiş filmdə silsilə qatil obrazını yaradıb. Oynadığı rolla kinotənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. 1987-1989-cu illərdə “Qanundan üstün” və “İcarəyə verilən polis” döyüş filmlərində ikinci plan rolları ifa edib. Maykl Rukerin çəkiliş meydançalarında Stiven Siqal, Şeron Stoun və Çarli Şin kimi ulduzlarla dostlaşıb, “Sevgi dəryası” dedektivində isə Al Paçino ilə tanış olub. 1990-cı ildə Tom Kruzun baş rola çəkildiyi (rejissor Toni Skotun) “İldırımlı günlər” döyüş filmində rol alıb. Rejissor Rukerə Tom Kruzun qəhrəmanının rəqibi Roudi Berns rolunu təklif edib. Film inanılmaz kassa uğuru və dörd “Oskar” nominasiyası qazanıb. Ən yaddaqalan rollarından biri də Arnold Şvartseneggerlə çəkildiyi “Altıncı gün” fantastik filmində aldığı rol olub. Daha sonra Jan Klod Vandamla “Replikan” filminə çəkilib. 2010-2013-cü illərdə “Gəzən ölülər” zombi-horrorunda oynadığı Merl Dikson rolu ilə şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Michael_Rooker

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç