İnternetin yaranması ilə insanların həyat tərzi çox dəyişib. İndi hər hansı faydalı məlumat əldə etmək üçün şəhərin o başında yerləşən kitabxanaya gedib, çoxlu kitab toplamağa ehtiyac qalmayıb. Lazımı sualı axtarış saytına daxil etmək kifayət edir. İnsanların ünsiyyəti də informasiya texnologiyalarının inkişafı ilə yeni mərhələyə qədəm qoyub: İndi dünyanın istənilən nöqtəsində olan insanla ünsiyyət qurmaq, onunla internet vasitəsilə dostlaşmaq olur. Habelə, yeni texnologiyaların və internetin gəlişinin müsbət cəhətləri olduğu kimi bəzi mənfi tərəfləri da var. Belə ki, insanlar arasında şəxsi münasibətlərdə problemlər yaranır, çoxları, xüsusilə cavan nəsil birbaşa ünsiyyət əvəzinə çatlar, messencerlər və sosial şəbəkələrə üstünlük verir. İnsanlar özləri də bilmədən virtual aləmin alüdəçilərinə çevrilir. Film məhz “internet nəslinin” nümayəndələrində olan yeniyetmələrdən bəhs edir. Onların valideynləri internetin ailə həyatı və münasibətlərini hansı şəkildə dəyişdiyini öyrənməyə çalışır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar