Din Norris

Din Norris

Aktyor

BİOQRAFİYA
Din Norris 8 aprel 1963-cü ildə Saut-Bent şəhərində (İndiana ştatı, ABŞ) mebel mağazasının sahibi Cek Norris və Rozi Norrisin ailəsində anadan olub. Dörd bacısı var. Norris orta təhsilini İndianadakı "Kley" məktəbində bitirib, sonra təhsilini 1985-ci ildə Harvard kollecində davam etdirib. O, həm də Kral Akademiyasının dram sənəti fakültəsində oxuyub. Norrisin çolaqlığı uşaqlıqda başına gələn bədbəxt hadisə ilə bağlıdır. O, bacıları ilə futbol oynayanda ağır zədə alıb: topun dalınca qaçarkən ayağı yoldan keçən polis maşınının altında qalır. Onun bu xüsusiyyəti “Firma” filmində göstərilib. Hal-hazırda 10 may 2010-cu ildən Norris və həyat yoldaşı Bricetlə Los-Ancelesdə yaşayır. Onların beş uşağı var. Aktyoru məşhurlaşdıran rol 2008-2013-cü illər ərzində Amerika teleməkanının ən reytinqli layihələrindən sayılan “Çətinliyə baş vurmuş” kriminal serialında narkotik vasitələrin satışına qarşı mübarizə idarəsinin zabiti Henk Şreyder rolu olub. Bundan başqa “Hər şeyi xatırlamalı” (1990), “Şən tətillər” (2012) filmlərində oynadığı rollarla tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dean_Norris

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç