Rozmari DeUitt
Aktrisa
Rozmari Deuitt 26 oktyabr 1971-ci ildə Nyu-Yorkun Kuins şəhərində anadan olub. Boks üzrə dünya çempionu Ceyms Breddokun nəvəsidir. Onun babasından bəhs edən “Nokdaun” adlı filmdə ikinci dərəcəli rollardan birini ifa edib. Uşaqlığı Nyu-Cersi ştatının Hanover şəhərində keçib. Orada Whippany Park orta məktəbini bitirib. Şagird olduğu illərdə bir neçə məktəb tamaşasında səhnəyə çıxıb. Sonra o Hofstr universiteti nəzdində fəaliyyət göstərən kollecdə incəsənət üzrə bakalavr dərəcəsi alır. Rozmari eyni zamanda Nyu-Yorkda "Aktyorluq Mərkəzi"nin kurslarında iştirak edib. 2008-ci ildə “Reyçel ərə gedir” melodramına çəkilib. Filmdə tərəf-müqabili Enn Heteuey olub. Həmin rola görə çoxsaylı mükafatlara, o cümlədən ən yaxşı ikinci plan aktrisa nominasiyasında “Peyk” mükafatına layiq görülüb. 2010-cu ildə “Kişilərin kampaniyasında” adlı dramda Ben Affleklə kamera qarşısına çıxıb. 2011-ci ildə “Marqaret” dramına çəkilib. 1995-2006-cı illər ərzində Rozmari aktyor və rejissor Kris Messinayla evli olub. 2 noyabr 2009-cu ildə toya qədər üç il görüşdüyü aktyor Ron Livinqtsonla ailə qurub. Onlar iki qız uşağını övladlığa götürüblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rosemarie_DeWitt