21 Jamp Strit ( 21 Jump Street 2012 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
21 Jamp Strit 21 Jump Street
109 dəq.
az, ru, en
1080p, 720p, 360p
Kəskin Kriminal Komediya
7.1 TvSeans   7.2 IMDb   7 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Şmidt və Cenko məktəb illərində bir-birinə nifrət etsələr də, orta təhsili başa vurduqdan sonra polis akademiyasına qəbul olunurlar və bərk dostlaşırlar. Ancaq xidməti vəzifələrini yerinə yetirən zaman kriminal filmlərdə gördükləri gərginlikdən əsər-əlamət olmur, yalnız cansıxıcı patrul həyata keçirirlər. Günlərin bir günü hər şeyi yaxşılığa doğru dəyişmək üçün əllərinə real fürsət düşür. Xarici görünüş baxımından yeniyetməyə bənzədiklərinə görə, onları xüsusi tapşırıqla məxfi polis olaraq yerli məktəblərdən birinə yeridirlər. Dostlar vəsiqə və xidməti tapançalarını təhvil verib, əllərinə yenidən "məktəbli çantası" alırlar. Problem ondadır ki, onların son zəngindən uzun illər ötüb və artıq müasir yeniyetmələrin qızlar, narkotiklər və musiqi haqqında baxışlarının kökündən dəyişdiyini anlamağa başlayırlar. Habelə məktəbdə sintetik narkotik vasitə satan dəstənin ifşa olunması və cinayətkarların yaxalanması üçün bu dəyişikliklərə tez bir zamanda uyğunlaşmaq məcburiyyətindədirlər...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Fil Lord, Kristofer Miller
Ssenarist(lər):
Maykl Bekoll, Stefen C. Kennel
Baş Rollarda:
Cona Hill, Çenninq Teytum
Digər Rollarda:  
Ays Küb, Deyv Franko, Rob Riqql

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç