Deyv Franko 12 iyun 1985-ci ildə Kaliforniya ştatında (ABŞ) şairə Betsi Lou və biznesmen Duqlas Frankonun (1948-2011) ailəsində anadan olub. Atası Portuqaliya və İsveç qarışığı, anası isə yəhudidir. Deyvin televiziya debütü 2006-cı ildə "Yeddinci göy" televiziya serialında baş verib, burada kiçik rol oynayıb. Sonrakı televiziya layihələrində "Universitet", "Ərköyünlər", "Narahat etmə" kimi filmlərdə epizodik rollar alıb.
24 yaşında ona ilk ciddi rol "Klinika" serialının doqquzuncu mövsümündə verilir. 2013-cü ildə Deyv "Now You See Me" adlı filmdə baş rola çəkilir. 2014-cü ildə Deyv rejissor Nikolas Stollerin "Qonşular. Müharibə yolunda
" komediyasında əsas rollardan birində çəkilmək təklifini qəbul edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dave_Franco